Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir-FOTOLAR
23-10-2015, 12:11
Oxunub: 4 302
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir
Namizədin Seçki Qərargahının mətbuat xidməti xəbər verir ki, Ç.Qənizadə daha 6 kənddə - Şərq, Türklər, Muradxanlı, Cəfərli, Oruclu, Ağaməmmədli kəndlərindən olan seçicilərlə görüş keçirib və bu günədək görüş keçirdiyi kəndlərin sayını 30-a çatdırıb.
80 saylı İmişli -Beyləqan seçki dairəsinə daxıl olan kəndlərdə keçirilən bu görüşlərdə yüzlərlə seçici - kənd ağsaqqalları, ziyalılar, gənclər iştirak edib.
Səmimi ab-hava şəraitində keçən görüşlərdə seçicilər onları narahat edən bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar. Seçicilərini diqqətlə dinləyən Ç.Qənizadə qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi tədqirdə müvafiq dövlət qurumlarının köməyi ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.
Görüşlərdə seçicilər də çıxış ediblər. Onlar Ç.Qənizadənin 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını dilə gətirib, millət vəkili kimi fəaliyyət göstərdiyi illərdə seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxladığını, onların həlli istiqamətində öz səyini əsirgəmədiyini vurğulayaraq Çingiz Qənizadəni yenidən dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər