MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!
23-10-2015, 19:35
Oxunub: 1 358
Milli Təhlükəsizlik Nazirliyində oktyabrın 17-də baş tutan xüsusi əməliyyatdan sonra mətbuatda ən müxtəlif səpkili yazılar dərc olunmaqdadır
Təəssüf ki, bu məlumatları yoxlamaq, müvafiq dəqiqləşdirmələr aparmaq əksər vaxtlarda mümkün olmur. Hüquq mühafizə orqanları “istintaq gedir” nidası ilə mətbuat nümayəndələrinin suallarını, sorğularını cavabsız qoyurlar. Bu səbəbdən də redaksiyamıza daxil olan xəbərləri, məlumatları yoxlayaraq dərc etmək istəyimiz baş tutmur.
“Yeni Müsavat”a daxil olan ən son məlumatda deyilir ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb. T.Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib. Məlumatda iddia edilir ki, bu məsələlər T.Babatovun şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınıb, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edib.
Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200 – 500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. Əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırdı.
Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilmiş, lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdi. Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranmışdır. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınılığa və səriştəsizliyə yol verilmiş, ölkə rəhbərliyindən həmin faktlar gizlədilmişdir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- Dünən, 12:56 : Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
Müsahibə-Reportaj
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 13:23 : Prezident yeni nazir təyin etdi-FOTO
Gündəm