“Ailə TV” haqqında səslənən ittihamlara münasibət bildirdi -REAKSİYA
24-10-2015, 16:11
Oxunub: 5 235
"Şirkət və abunəçi arasında heç bir narazılıq qalmayıb"
Bolgexeber.com bildirir ki,22 oktyabr tarixində “Ailə” TV-dən kampaniya fırıldağı - ŞİKAYƏT“ adl yazı dərc olunmuşdu. Bolgexeber.com xəbər verir ki,həmin yazıda “Facebook” səhifəsində Elay Sərməstbəyov adlı vətəndaşın narazılığı əks olunub.
Vətəndaşın sözlərinə görə, apreldə 5+1 kampaniyası olub: “Yəni, 5 aylıq abunə haqqı ödəyənə 1 ay hədiyyə. Mən də zəng edib 920 nömrəli müştəri xidmətindən soruşdum. Dedilər, hardan ödəməyinizdən asılı olmayaraq, kampaniya avtomatik aktivləşəcək. Yəni internetdən də ödəniş etmək olar. Mən də 10.04 tarixində həm TV, həm də internet üçün 5 aylıq abunə haqqı ödədim”.
Şikayətçi deyir: “İndi 5 ay bitib,hər ikisi bağlanıb. Zəng edib deyirəm, bəs niyə bağlayıbsız? Hamısı bir ağızdan deyir ki, ödəniş zamanı bitib, siz gərək bizim işçiyə ödəniş edərdiz. Və xüsusi qeyd də edərdiniz ki, kampaniya ilə ödəniş edirsiz. Bu müştərini aldatmaq deyil, birbaşa sarımaqdır. Şikayət edirsən, heç veclərinə də deyil”.
“Abunəçi Elay Sərməstbəyov bu şikayəti təxminən bir ay əvvəl öz “Facebook” səhifəsində yazıb. Yaranan anlaşmazlıq elə həmin gün aradan qaldırılıb”.
Bu barədə Bolgexeber.com-a “Ailə TV” kabel televiziyası şirkətindən bildirilib.
Firma saytımızda dərc olunan vətəndaşın şikayəti ilə bağlı açıqlama verib.Açıqlamada bildirilib ki, E.Sərməstbəyov 5+1 kampaniyası çərçivəsində 10.04.2015 tarixində ödəniş edib: “Kampaniyanın şərtlərinə əsasən 10.10.2015 tarixinədək abunəçiyə təqdim olunan TV və NET xidmətləri aktiv olmalı idi.
Lakin sistemdə baş verən texniki səhv üzündən 15.09.2015 tarixində abunəçiyə TV və NET xidmətlərinin göstərilməsi dayandırılıb. Abunəçi həmin gün Müştəri Xidmətləri mərkəzinə müraciət edərək, yaranan vəziyyət haqda şirkət əməkdaşlarına məlumat verib.Elə həmin gün abunəçiyə TV və NET xidmətlərinin göstərilməsi, 10.04.2015 tarixində qoşulduğu kampaniyaya uyğun olaraq, daha bir ay, yəni 15.10.2015 tarixinədək uzadılıb. Bundan sonra şirkət və abunəçi arasında heç bir narazılıq qalmayıb.Burada heç bir kampanya fırıldağından söhbət gedə bilməz və yazılanlar şirkətin əsassız olaraq ittiham olunması kimi qəbul olunur”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər