Füzulinin icra başçısı hərbi hissədə əsgər valideynləri ilə görüşdü - FOTOLAR
26-10-2015, 12:18
Oxunub: 3 836
Alı Baş komandan, Prezident cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən respublikanın bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günləri keçirilir. Növbəti "Açıq qapı" günü Füzuli rayonunda yerləşən N aylı hərbi hissədə keçirilmişdir
"Açıq qapı" günündə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, N saylı hərbi hissənin komandir-zabit heyəti və əsgər valideynləri iştirak etmişdir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əsgər valideynləri ilə birgə hərbi hissənin ərazisini gəzmiş, şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmuşdur.
Alı Alıyev əsgər valideynləri ilə söhbətində bildirmişdir ki, bu cür görüşlər əsgər-valideyn münasibətlərinin şəffaf qurulmasına, xalqla ordu birliyinin formalaşmasına xidmət edir. Qeyd etmişdir ki, gənc əsgərlərin qulluq yerində doğmalarını görmələri onların xidməti daha həvəslə, yüksək ruh yüksəkliyi ilə yerinə yetirmələrinə müsbət təsir göstərəcəkdir.
Hazırda Azərbaycanda xalqla ordu birliyinin mövcud olduğunu vurğulayan Alı Alıyev qeyd etmişdir ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
-“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.-deyə Alı Alıyev vurğulamışdır
Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulamışdır.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər