Deputatın başı MTN cəncəlində - TƏFƏRRÜAT
26-10-2015, 17:08
Oxunub: 4 843
Deputat Rüfət Quliyev üçün “əcəl zəngi” çalınıb
TİA.AZ-a verilən məlumata görə, növbəti dəfə seçkilərdə iştirak edən biznesmen – namizədin adı son hadisələrdə hallanır. Millət vəkilinin sabiq MTN şefi Eldar Mahmudovun adamı olması işini çətinə salıb.
Redaksiyamıza verilən özəl xəbərdə iddia olunur ki, deputatın E.Mahmudovla əlaqələrinin üzə çıxacağı halda mandat şnsını birdəfəlik itirə bilər. Hətta onun eks-nazirin himayəsində olduğu bildirilir. 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 3-cü dəfə təkrar deputatlığa namizədliyini verən R. Quliyev seçiciləri ilə görüşdə sərt tənqid olunmuşdu.
Son iki gündə isə R.Quliyevin yaxın ətrafı Lənkəran Dövlət Universitetinin dekan otaqlarını gəzərək bütün müəllim və ali təhsil ocağının kadrlarını əmin edib ki, bu namizəd deputat seçiləcək.
Deputat bu dəfə adını yüksək vəzifəli bir generalla hallandırır. Həmin generalın cəmiyyətdəki yüksək nüfuzundan istifadə edərək artıq onun sayəsində deputat seçildiyini inandırmağa çalışır.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun tələbləri pozub öz inhisar biznesi ilə məşqul olan deputat Lənkəranda “xanlıq” siyasətinə əsaslanıb seçki günü üçün onbaşı,yüzbaşı, minbaşıları pul ilə satın almaqdadır.
Əhali arasında təşviqat dövründə görünməyən, vaxtıykən yalan vədlər verib gözdən itən Rüfət Quliyev Aşura gecəsində xalq arasına çıxmaqdan çəkinib. Buna səbəb isə dindarlar arasında böyük söz sahibi olan şəxslərin namizədliyinin qeydə alınmamasına birbaşa deputatın təsir göstərməsidir.
Əli ətəyində qalan deputat Rüfət Quliyev son 1 həftə ərzində xalqı aldatmaqla daha hansı nazirin adını çəkəcəyi, xalqın seçimi ilə onların millət vəkili deyil, hər hansı güc strukturuna sığınmaqda hansı məqsəd güdməyi hələki ictimaiyyətə məlum deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər