BolgeXeber.Com » Xəbərlər » Fermer “Parabank” qarşısında özünü yandıracağını deyir

Fermer “Parabank” qarşısında özünü yandıracağını deyir

28-10-2015, 11:46
Oxunub: 3 121 Fermer “Parabank” qarşısında özünü yandıracağını deyirİqbal Mikayılov: “Məni bu həddə çatdırıblar...”

Fermer İqbal Mikayılovun üzləşdiyi problemlə bağlı ölkə prezidentinə ünvanlandığı müraciət haqda yazmışdıq. Bu dəfə o, baş prokuror Zakir Qaralova müraciət edib.

Mikayılov baş prokurora müraciətində yazır ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafına bilavasitə diqqət göstərməsindən, sahibkarlara arxa-dayaq olmasından ruhlanaraq Şirvan şəhərində “İlham” MMC kəndli fermer təsərrüfatı yaradıb:

“Sahibkarlığa Kömək Milli Fondundan ötən il aldığım güzəştli kredit təsərrüfatımın genişlənməsinə çatmadı. İşlər yarımçıq qaldı. ”Parabank"ın sədri Vəli Quliyev məni bu ilin aprel ayında aldadaraq 5 ay hissiyyatımla, əsəblərimlə oynadı. Atası Eldar Quliyevin milyonlarına və “krışa”larına güvənən cavan uşaq olan bankir “İlham” MMC adlı kəndli fermer təsərrüfatına düşmən kəsilib. Dövlətimin ayırdığı vəsaitdən imkan vermir ki, istifadə edim və cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi, aqrar sahəyə gənc sahibkar kimi töhfə verim.

Vəli Quliyevə bu ölkədə “gözün üstə qaşın var” deyən tapılmır. Düzdür, Vəli Quliyevin güvəndiyi dağlara artıq qar yağıb. Amma hələ ki bu adamdan soruşan əlaqədar cavabdeh qurum yoxdur ki, dövlət içində dövlət yaratmaqda məqsədin nədir? Nə üçün sən Vəli Quliyev ölkə sahibkarlığına qənim kəsilmisən? Bu dövlətin başçısı İlham Əliyev sahibkarlara əngəl olanlara kimliyindən aslı olmayaraq ən ağır cəzanı verdiyi halda Vəli Quliyev qorxmadan, çəkinmədən və aşkarcasına öz bildiyini edir.

“Parabank” sədri məni intihar həddinə çatdırıb. Qərara gəlmişəm gedim “Parabank”ın baş ofisinin qarşısında intihar edim. Ona görə şəxsən Zakir Qaralova müraciət edib xahiş edirəm: cənab prezidentimiz İlham Əliyev sizə inandığı kimi, mən də vətəndaş, sahibkar -fermer kimi sizə inanıb güvənirəm. Rica edirəm məni şəxsən özünüz qəbul edib dinləyin".
musavat.com