BolgeXeber.Com » Xəbərlər » Reystr Xidməti rəisinin Eldar Mahmudova 1 milyon verməsinin PƏRDƏARXASI

Reystr Xidməti rəisinin Eldar Mahmudova 1 milyon verməsinin PƏRDƏARXASI

30-10-2015, 11:11
Oxunub: 4 501 Reystr Xidməti rəisinin Eldar Mahmudova 1 milyon verməsinin PƏRDƏARXASIDövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə veribmiş.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra bu qurumda bir çox şəxslərin həbs olunması və işdən çıxarılması davam edir.

Azfakt.com araşdırıb ki, Eldar Mahmudovla Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun isti və soyuq münasibətləri ilə bağlı müxtəlif məlumatlar yayıldı. Həmin məlumatlarda qeyd olunur ki, Kərəm Həsənov hansısa bir səbəbdən MTN nazirinə bir neçə milyon hesab verib.

Komitə sədri ilə MTN nazirinin arasında milyonluq sövdələşməsi baş verib. Kərəm Həsənovun ətrafından Eldar Mahmudovun toruna düşən ilk yüksək vəzifəli şəxs isə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov olub.

Məhəmməd İmanovun Əmlak Komitəsində əsas kilid adamlardan biri olduğu və KərəmHəsənovun "qara kasası" rolunu oynadığı bir çoxlarına bəllidir. Məhəmməd İmanovun ən yaxın adamı hansısa bir obyekti özəlləşdirmək üçün külli miqdarda rüşvət aldğı zaman MTN-nin işçiləri tərəfindən həbs olunub.

Xidmət rəisinin ən yaxına adamının MTN-də Məhmməd İmanova və Kərəm Həsənova qarşı dəqiq faktlara dayanan ifadələr verməsi komitə sədri ilə "qara kassanı" çətin vəziyyətə salıb.

Həbs olunan şəxsin azad olunması və məsələnin ört basdır edilməsi üçün Reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN generallarından birinə 1 milyon dollar rüşvət veribmiş.

Həmin 1 milyon dollar rüşvətin 500 min dolları nəğd şəkildə nazirin ən yaxın adamlarının birinə verilib, yerdə qalan məbıəğ isə 2 gün ərzində "Zamin Bankın" paytaxtdakı filiallarından birindəki hesaba köçürülüb. Məhəmməd İmanovun 1 milyon dollar hesab verdikdən sonra həbs olunan şəxs azadlığa çıxıb.

Bundan sonra isə komitə sədri ilə MTN nazirinin arasındakı münasibətlər istiləşməyə başlayıb və tərəflər arasında «işgüzar» münasibətlər qurulub. Belə ki, paytaxtdakı bir çox özəlləşməyən obyektlər Eldar Mahmudovun istəyi ilə MTN şefinə yaxın olan adamlarının adına sənədləşdirib.

Komitə sədrinin qardaşı Şahin Həsənovun MTN-də beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirildikdən sonra isə bu münasibətlər ən yüksək səviyyədə olub və «işgüzar» münasibətlər daha da inkişaf edib. Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid olan əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə verib.

Həmin siyahı əsasında hansı iş adamının və məmurun nə qədər mal-mülkə sahib olduğunu çox rahatlıqla müəyyənləşdirilib və həmin şəxslər növbə ilə şantaja məruz qalıblar.

Qeyd olunur ki, Məhəmməd İmanovun MTN xətti ilə isti münasibətləri onun əl qolunu çox rahat şəkildə açmasına səbəb olub. Belə ki, əldə olunan razılaşmadan sonra Dövlət Reyster Xidmətinin rəisi ağına bozuna baxmadan ölkədə açıq aşkar «kupça» alverinə başlayıb.

Hətta arxaynlıq o səviyyədə olunub ki, bir neçə il əvvəl prezidentin sənədsiz evlərin Dövlət Reyster Xidməti tərəfindən qeydiyyata alınması barədə sərəncamı və tapşırığı belə icra olunmayıb. Bu məsələyə dəflərlə qayıdılsa da, Dövlət Reyster Xidməti susqunluq fonunda verilən tapşırığı yerinə yetirməkdən faktiki olaraq imtina edib.

Eyni zamanda Məhəmməd İmanov vəzifəsindən və anlaşdığı quruma arxayınçılıqdan istifadə dərək və komitə sədrinin xeyir duası ilə ölkənin müxtəlif yerlərində obyektlər almağa və paytaxtdakı bir çox boş əraziləri ələ keçirməyə başlayıb.

Mənbəmiz qeyd edir ki, Məhəmməd İmanovun çox yaxın qohumları hərbi xidməti məhz MTN hərbi hissələrində keçriiblər. Həmçinin bir neçə qohmu da məhz onun köməkliyi ilə adıçəkilən nazirliyin rayon şöbələrinə işə düzəlib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun çoxlu sayda mal-mülkü, fabriki, zavodu, obyektləri, villaları, Türkiyədə, Avropa ölkələrində evləri, və sair varidatı var. Xidmət rəisinin Quba rayonun Qəçrəş kəndində tikdirdiyi villa heç də Eldar Mahmudovun Badamdar qəsəbəsindəki sarayından geri qalmır.

Mənbə Məhəmməd İmanovun ümumilikdə 100 milyon manata yaxın mal-mülkünün olduğunu iddia edir. Bildirək ki, Xidmət rəsinin bütün mal-mülkü obyektləriilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə Məhəmməd İmanovun nələrə sahib olduğunu oxucularımız biləcək.
Bolgexeber.com