BolgeXeber.Com » Xəbərlər » Zakir Qaralovdan yeni prokuror təyinatı

Zakir Qaralovdan yeni prokuror təyinatı

30-10-2015, 13:47
Oxunub: 3 805 Zakir Qaralovdan yeni prokuror təyinatıAbşeron rayonuna yeni prokuror təyin olunub

Bolgexeber.com Trendə istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.