Qəbirstanlıqdakı intiharın TƏFƏRRÜATI
30-10-2015, 23:07
Oxunub: 3 896
Baş Prokurorluq Ağdaşda intihar hadisəsi ilə bağlı məlumat yayıb
Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri qeyri-peşəkarlıq nümayiş etdirilərək ailə-məişət zəminində yaranmış davamlı mübahisələrin nəticəsi olaraq ailə başçısının intihar etməsini oxucu diqqəti cəlb etmək üçün “sensasiya donu” geyindirməklə cəmiyyətə təqdim etməyə çalışıblar.
Həmin kütləvi informasiya vasitələrinin rəhbərləri ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatları gələcəkdə dərc edəcəkləri təqdirdə, barələrində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəkləri barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən şifahi xəbərdarlıq ediliblər.
“Sahibkar atasının qəbri üstündə özünü güllələyib” başlığı altında ictimaiyyətə təqdim edilmiş informasiya ilə əlaqədar bildiririk ki, həmin hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12.00 radələrində kənd qəbiristanlığında ov tüfəngindən atəş açmaqla, intihar edib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədi ilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M. İsmayılov başqa qadınla qeyri-rəsmi ailə qurmaqla, azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb. Bundan başqa hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə, ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib. İlkin ehtimallara görə M. İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır. Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər