Xanım deputat siqaretli fotosundan danışdı - “Montajdır...”
31-10-2015, 15:23
Oxunub: 6 312
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 16 saylı Yasamal II Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq Aytən Mustafayevanın ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində əylənərkən çəkildiyi iddia edilən fotoları yayılıb
Bolgexeber.com xəbər verir ki, Aytən Mustafayeva məsələ ilə bağlı modern.az saytına açıqlama verib.
O bildirib ki, şəkillər montajdır: “Mən Las-Veqasda olmuşam. Amma kazinoda yox, konfransda. Lap kazinoda olsam belə, bunun heç kimə dəxli yoxdur. Mən o şəkli konfrans zamanı dəhlizdə çəkdirmişəm. Onlar isə montaj ediblər.
Yayılan fotolar və yazılanlar insanın şəxsi həyatına müdaxilədir. Seçkidən sonra şəxsən bu işlə məşğul olacağam”.
Xanım namizəd bütün bunları seçkiqabağı aparılan qara piar adlandırıb:
“Mübarizəni kişi kimi, doğru bir şəkildə aparmalıyıq. Mən bunu kişiliyə sığışdırılan bir hərəkət saymıram. Kişi qadına qarşı bu cür hərəkət etməz”.
Qeyd edək ki, bu dairə üzrə 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Fəxrəddin Babayev, Çingiz Bayramov, Şövqi Bunyatov, Elşən Həsənov, Xıdır İbrahimov, Kərim Tufan, Aytən Mustafayeva, Mütəllim Rəhimov, Taleh Şahsuvarlı, Nisəxanım Vəliyevadır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər