Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
31-10-2015, 18:13
Oxunub: 1 206
Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış etmişlər
Oktyabrın 25-dən 28-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində həmin şəhərin və Saksoniya federal torpağının Baş Prokurorluqları, Avropa Komissiyasının Qonşuluq və Danışıqlar üzrə Baş İdarəsi (TAIEX) tərəfindən prokurorlar üçün “Mütəşəkkil cinayətkarlıqla mübarizə” mövzusunda beynəlxalq forum keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrin, eləcə də Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış etmişlər.
Tədbir iştirakçıları təmsil etdikləri ölkələrdə kibercinayətkarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiya hüquqpozmaları ilə bağlı istintaq edilən cinayət işləri üzrə məlumat verərək mövcud problemlər və onların həlli yolları müzakirə edilmişdir. Eyni zamanda mütəşəkkil cinayətkarlıqla, xüsusilə kibercinayətkarlıqla mübarizə zamanı müasir kompüter texnologiyalarından istifadə edilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edən Anar Məmmədov və Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elvin Mirzəyev təmsil etmişlər.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət