Milli Məclisin yeni deputatı: - “Rüşvətə qarşı mübarizə aparacam”
2-11-2015, 11:16
Oxunub: 3 817
“Mən seçki kampaniyamda 40-dan artıq görüş keçirdim
Seçicilərimə qaldıracağım məsələlərlə bağlı verdiyim vədləri yerinə yetirməyə çalışacağam”. Bunu Modern.az saytına açıqlamasında Vəhdət Partiyasının sədri, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Tahir Kərimli deyib.
O, bildirib ki, parlamentdə insanların sosial problemlərini və Azərbaycanda sabitlik məsələlərini qaldıracaq.
Tahir Kərimlinin sözlərinə görə, iqtisadiyyatda dövlət tənzimlənməsinin həyata keçirilməsi, sosial ədalətin gücləndirilməsi istiqamətində işlər aparacaq.
“Bununla yanaşı, Qarabağ problemində irəliləyişə nail olunması və torpaqlarımızın azad edilməsi üçün təkliflər səsləndirəcəyəm. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparacağam. Xalqımıza dövlətə inam hissini aşılamağa çalışacağam”.
Qeyd edək ki, Tahir Kərimli AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər