BolgeXeber.Com » Xəbərlər » "Azneft" İstehsalat Birliyinin rəhbəri də ittiham olunur... - Fəhlələrə rəsmən zülm edirlər...
"Azneft" İstehsalat Birliyinin rəhbəri də ittiham olunur... - Fəhlələrə rəsmən zülm edirlər...
4-11-2015, 15:57
Oxunub: 4 238
Bildiririk ki, «Neft daşları»nda yaşadığımız yataqxananın otaqlarına kifdən, rütubətdən girmək olmur
Redaksiyamızın elektron poçtuna daxil olmuş aşağıdakı məktubu kiçik ixtisarla təqdim edirik. Bildirək ki, DİA.AZ-a yazan neftçilər ilginc ittihamlarda bulunublar:
Hörmətli redaksiya! Bildiririk ki, «Neft daşları»nda yaşadığımız yataqxananın otaqlarına kifdən, rütubətdən girmək olmur, divardakı «oboy»lar, «patalok»a vurulan «şpakilovka» emulsiya adamın üstünə tökülür, içdiyimiz dəniz suyu isə demək olar ki, artıq heç utilizasiya olunmur. Axrıncı dəfə nə vaxtı bizə təzə «pastel» verilib, yadımıza gəlmir. Bu kimi sosial məsələlərlə məşğul olmaq əvəzinə, işçiləri zorla aparıb Əhmədlərin, Akiflərin tapıb gətirdiyi keyfiyyətsiz ərzaqdan bişirilən yeməkləri yedizdirirlər.
Hörmətli redaksiya! Xahiş edirik, səhər saat 07-08 arası gəlin, Bakı Dəniz Vağzalına. Bizi dənizə aparan gəminin (Sabit Orucov gəmisi) qarşısına çıxın, görərsiniz ki, “Azneft İB-nin baş direktorunun müavini İkram Qasımov və onun işçiləri-Əhməd Musayev və onun işçiləri nə canfəşanlıqla Təhlükəsizlik İdarəsinin işçilərinin köməyilə çantalarımızı yoxlayırlar.
"Azneft" İstehsalat Birliyinin rəhbəri də ittiham olunur...
«Vitse-prezident Bədəl Bədəlovin tapşırığını yerinə yetiririk», deyib, «sumka»da olan ərzağımızı-kolbasa, sosiska və s. tökürlər yerə, minik başa çatdıqdan sonra həmin ərzaqları verirlər gəminin bufetinə, bufetçi işləyən və Əhmədin sağ əlinin əli ilə təkrar satdırırlar bizlərə. Ac neftçinin başqa çarəsi yoxdur, çünki gəmidə, «Neft Daşları»nda başqa alternativ qidalanma yeri-yeməkxana yoxdur. Otaqlarımızda olan şəxsi qab-qaşıqları tamamilə yığışdırıblar. Yəni nəyin bahasına olursa olsun, nə bişirilib bişirilməyib, gedib o yeməkxanaya pul verməlisən, vəssalam, heç yemə. Neçə vaxtdır ki, bu dözülməz vəziyyət davam edir".
Daha sonra yazan narazılar bildirir: "İkram Qasımov, «Azneft» İB-nin Baş direktor müavini, əvvəllər Zığda tikinti idarələrinin birində aşağı vəzifələrdə işləyib. Elə ki, qardaşı Elsevər (idarə rəisidir) vitse-prezident Mikayıl İsmayılovun bacısı ilə evləndi, birdən-birə qoydular bu vəzifəyə. Onu tanıyanların dediyinə görə, eyş-işrətlə məşğuldur. Dənizə tez-tez gəlib kef məclisləri düzəltməyi elə bunları təsdiq edir. Guya yoxlamaya gəlib. Məgər otaqlardan qab-qacaq axtaranda o, bərbad otaqları görmürmü? Vəzifəyə təyin olunandan, ancaq yemək davası edir. Başqa bir sosial məsələ həll etməyib.
«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudası, 4 saylı TQİ-nin rəisi Baxış Ağayev niyə bizə yedizdirilən yeməkdən yemir və özünün şəxsi aşbazı və xüsusi “xidmətçisi” var-Feyruz və Lena Lunina. Özü ilə aparır, özü ilə gətirir…»
Əhməd Musayev, onun haqqında çox yazılıb, şirkətə layiq insan deyil. Üzünə hər gün bu sözlər deyilir, amma onun üçün mənası yoxdur, təki havayı yemək və pul olsun və sair.
Umumiyyətlə, digər idarə rəisləri və müavinləri də xüsusi ayrılmış yerdə və xüsusi yeməklər yeyirlər. Həmkarlar Təşkilatının bivec sədri isə bizimlə deyil, bu harınlarla həmrəydir!"
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər