Deputatın mandatı alına bilər
4-11-2015, 16:01
Oxunub: 4 183
Hüquqşünas: “Milli Məclis onun deputatlıq səlahiyyətinə xitam verməlidir”
Noyabrın 1-də keçirilən parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov deputat seçilib. O, 14387 səs yığaraq qalib gəlib. M.Məmmədov anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib.
Bitərəf deputat Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur.
M.Məmmədovun Milli Məclisin üzvü seçilməsi suallar yaradıb. İndiyə qədər xarici ölkə vətəndaşının Azərbaycanda deputat seçilməsi hallarına rast gəlinməyib. Maraqlıdır, qanunvericiliyimizdə belə hallarla bağlı hər hansı bir prosedur varmı, yaxud digər ölkənin vətəndaşı Azərbaycan parlamentinə deputat seçilə bilərmi?
Hüquqşünas Müzəffər Baxış "Musavat.com"a açıqlamasında qanunvericilikdə xarici ölkə vətəndaşının ölkəmizdə millət vəkili seçilməsinin qadağan olduğunu bildirdi: “Qanunvericiliymizə görə, başqa ölkənin vətəndaşı Azərbaycan Milli Məclisinə deputat seçilə bilməz. Yalnız Azərbaycan vətəndaşı deputat seçilə bilər. Ola bilsin ki, Müslüm müəllim əvvəllər Belçika vətəndaşı olub, indi Azərbaycan vətəndaşıdır. Əgər o, Belçika vətəndaşıdırsa, Dairə Seçki Komissiyası qeydə almazdı.
Hətta qanunvericiliyin 89-cu maddəsində göstərilir ki, millət vəkili olan şəxs xarici ölkənin vətəndaşlığını qəbul edirsə, Milli Məclis onun deputatlıq səlahiyyətinə xitam verməlidir. Belə bir məsələnin olacağına inanmıram. Amma bir şeyi də deyim ki, Azərbaycan vətəndaşı ola-ola Belçika vətəndaşlığını gizlədə də bilər. Gələcəkdə bu hal üzə çıxsa, deputatlıq səlahiyyətlərinə xitam veriləcək. Bu məsələ dəqiq araşdırılmalıdır. Bir daha bildirirəm ki, yalnız Azərbaycan Respublikasının vətəndaşları Milli Məclisimizə deputat seçilə bilərlər”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər