Əli Abbasovun başı üzərində qara buludlar
5-11-2015, 11:58
Oxunub: 4 308
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir məsul işçisi həbs olundu
“Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub. Əməliyyat noyabrın 3-də Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən həyata keçirlib.
Binəqədi rayon Məhkəməsinə aparılan baş mühasib haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. Oqtay Rüstəmov Cinayət Məcəlləsinin 3 maddəsi (vəzifədən sui-istifadə etmə, dələduzluq və korrupsiya) ilə təqsirli bilinib.
Məhkəmə prosesi qapalı şəkildə keçirilib. Prosesə hakim Mirheydər Zeynalov sədrlik edib.
Oqtay Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb.
Məlumat üçün deyək ki, bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 3 nəfər həbs olunub. Bunlar Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevdir.
Beytulla Hüseynov keçmiş MTN şefi Eldar Mahmudovun qohumu olduğuna görə onun həbsinin “MTN işi” ilə bağlı olduğu bildirilir. Digər həbslərin də bu məsələ ilə əlaqəli olması barədəehtimallar var.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslər nazir Əli Abbasovun da karyerasını bitirə bilər. Hər halda artıq bu barədə ehtimallar səsləndirilir.
Conflict.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər