İcra başçısının qardaşı oğlu ev yıxır - FAKTLAR
6-11-2015, 18:30
Oxunub: 4 981
Binəqədinin icra başçısı Xaləddin İsgəndərov noyabrın 2-dən sonra Biləcəri, Binəqədi, Xocasən və Sulutəpə qəsəbələrində söküntü işlərinə yenidən start verib
İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, icra başçısının qardaşı oğlu və rayonun tikinti və söküntü işlərindən qeyri-rəsmi məsul olan Valeh İsgəndərovun dəstəsi noybarın 3-də Biləcəri qəsəbəsində bəzi tikililəri yerlə bir edərək bir neçə ailəni gözüyaşlı qoyub.
Məlumata görə, hər gün saat 19.00-da Biləcəri qəsəbəsində Saatlı kafesində (əvvəlki adı "Xan” Çay Evi) toplaşan Valeh İsgəndərov və qoçu dəstəsinin üzvləri – Orxan, Nicat, Hacı (Biləcəri qəsəbə icra nümayəndəsinin sürücüsü olub) və Emin adlı polis serjantı gün boyu həyata keçirdiklər "ev yıxma” əməliyyatından əldə etdikləri qazancın hesabını aparırlar.
Ağ rəngli "Niva” markalı "90…511”, "90…434”, "90…392” (sonuncu "Şevrolet Niva”) nömrəli avtomobillərlə "Saatlı” kafesinin qarşısını bəzəyən Valeh İsgəndərovun (Ağ rəngli JEEP – 90…222) adamları növbəti sökəcəkləri və tikintisinə icazə verəcəkləri evlərin siyahısını tuturlar.
Məlumatda bildirilir ki, bu vaxta qədər MTN-ə Xaləddin İsgəndərov və onun Binəqədi İcra Hakimiyyətində qeyri-rəsmi yüksək vəzifə tutan qohumları barədə dəfələrlə müraciətlər edilsə də nəticəsi olmayıb. Bu da səbəbsiz deyil.
Məlumata görə, Xaləddin İsgəndərovun hakimiyyətdəki himayədarlarından biri də Eldar Mahmudov olub. MTN-nin sabiq şefinin Xaləddin İsgəndərovu himayə etməsinin kökündə isə onun icra başçısının qohumu, vergilər naziri Fazil Məmmədovla yaxın münasibətlərindən irəli gəlir.
Bir faktı da qeyd edək ki, Eldar Mahmudovun sağ əli Akif Çovdarovun obyekti olan "Zeytunluq” da Binəqədidə yerləşir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər