5 saylı poliklinikada bazar açılıb
5-11-2015, 17:50
Oxunub: 4 356
Bakının 5 saylı şəhər poliklinikasında neqativ hallar göz deşir
Bolgexeber.com vertikal.az-a istinadla xəbər verir ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlər pulsuz olsa da, xəstələr 5 saylı poliklinikada bu imtiyazlardan məhrumdurlar.
Belə ki, pul verməyən xəstələr burada nə əməlli müayinədən keçə bilirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunur.
Baş həkimin müavini Nelli xanımın məsuliyyət daşımalı olduğu qeyd edilir. Sayt yazıb ki, 5 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən şəhər sakinləri tibb müəssisəsinin bəzi əməkdaşlarını həm də saxta arayışların verilməsində ittiham edirlər.
İddia olunur ki, bu gün poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. 5 saylı poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur.
Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür.
Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Bu işlərin başında Nelli həkimin durduğu, eyni zamanda da sahə həkimi olan Kəmalə xanımın bu işlərdə vasitəçilik etdiyi bildirilir.
Qeyd edək ki, baş həkim vəzifəsinə Leyla xanım Şərifova təyin edilib.
5 saylı şəhər poliklinikasının baş həkimi Leyla Şərifovanın da mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər