“MTN işi“ daha 3 məmuru bitirir
6-11-2015, 12:06
Oxunub: 1 164
"MTN işi" bir neçə icra başçının da "vurulmasına" səbəb olacaq
İstiqlal.az-a daxil olan məlumata görə, hədəfdə olan icra başçıları aşağıdakılardır: Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasov.
Məlumatda bildirilir ki, bu icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub. Ümumiyyətlə, Eldar Mahmudov Yasamal, Binəqədi, Xətai və Suraxanı rayonlarının qeyri-rəsmi kuratoru imiş. Adıçəkilən icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına "hə" deyib.
Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldub. İbrahim Mehdiyev, Razim Məmmədov və İlqar Abbasov rəhbəri olduqları rayonlarda sahibkarların Eldar Mahmudov və onun şəbəkəsi tərəfindən soyulmasında aktiv iştirak ediblər.
Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçıları işdən çıxarılacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər