BolgeXeber.Com » Xəbərlər » Yevlaxda dəhşət: Oğul anasını öldürüb həyətində basdırdı

Yevlaxda dəhşət: Oğul anasını öldürüb həyətində basdırdı

6-11-2015, 14:21
Oxunub: 2 582 Yevlaxda dəhşət: Oğul anasını öldürüb həyətində basdırdıYevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib

“Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.