BolgeXeber.Com » Xəbərlər » Kəlbəcər köçkünü Elmar Vəliyevin işçisindən narazıdır - ŞİKAYƏT

Kəlbəcər köçkünü Elmar Vəliyevin işçisindən narazıdır - ŞİKAYƏT

7-11-2015, 11:35
Oxunub: 2 073 Kəlbəcər köçkünü Elmar Vəliyevin işçisindən narazıdır - ŞİKAYƏTKəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşan Yunis Musa oğlu Abbasov Gəncənin icra nümayəndəliyindən şikayətçidir

Şikayətçi bildirir ki, Gəncə şəhərinin icra nümayəndəsi Hümbət Hüseynov, bələdiyyə sədri Kərim Hüseynov, Kəpəz rayonunun Polis Şöbəsinin əməkdaşı kapitan Rəhim İbrahimov onun ailəsi ilə birlikdə yaşadığı evi söküblər. Şikayətçi problemi ilə bağlı müxtəlif instansiyalara müraciət etsə də, heç bir kömək almadığını söyləyir. Buna görə də o, “Yeni Müsavat” qəzetinə müraciət edərək məsələni ictimailəşdirmək qərarına gəlib.

Şikayətçi Yunis Abbasov bildirib:
“Bu ilin 10 may tarixində yuxarıda adları sadalanan şəxslər, əllərində heç bir sənəd olmadan zorla evimizə girərək, döşəməni, pəncərəni və nəhayət, yaşadığım mənzili sökdülər. Bu barədə dəfələrlə müxtəlif orqanlara müraciət etmişəm. Şikayət etdiyim orqanlardan Gəncə Şəhər İcra Hakimiyyətinə bildirilsə də ki, məsələni araşdırsınlar, lakin bu baş verməyib. Söküntüdən öncə qəsəbənin icra nümayəndəsi məni çağıraraq bildirdi ki, icra başçısı sənədsiz evləri sökdürür. Mən də bildirdim ki, 2009-cu ildə cənab prezidentə evlə bağlı müraciət etmişik və bizə icra hakimiyyəti tərəfindən razılıq verilib ki, bu ərazidə ev tikək. Lakin onlar buna əhəmiyyət ermədilər. Onu da qeyd edim ki, 2009-cu ildə bankdan kredit götürüb bu evi tikdim. Hazırda da kredit ödəyirəm. Bu ilin mart ayında isə icra nümayəndələri tərəfindən sənədləşmə üçün məndən 15 min manat pul istədilər. Ona da gücüm çatmadı. Eyni zamanda evimiz sökülən zaman 3850 manat məbləğində qızılım, pulum itib. Bu barədə də şəhər polis idarəsinə şikayət etsək də, hələ bir xəbər yoxdur. Evimizi sökən zaman polis kapitanı Rəhim İbrahimov söküntüəyə narazılıq edən ahıl yaşlı atamı yumruqla vurdu. Sonra onu sürüyüb çölə atdı. Elə bu hadisədən bir neçə gün sonra atam rəhmətə getdi. Rəhim İbrahimovun bu hərəkəti ilə bağlı dəfələrlə lazımı orqanlara şikayət etsəm də, işə baxılmayıb.

İndi isə üç uşaq və yoldaşımla birlikdə həmin həyətdəki kiçik damda qalırıq. Mən oranı zəbt etməmişəm. İcra nümayəndəsi yer ayırıb, razılıq verib, biz də ev tikmişik. Bunu nə üçün sökdülər?”
Bolgexeber.com
Kəlbəcər köçkünü Elmar Vəliyevin işçisindən narazıdır - ŞİKAYƏT