BolgeXeber.Com » Xəbərlər » Gəncə Dövlət Universitetində "casus ovu"... - Narahatçılıq VAR

Gəncə Dövlət Universitetində "casus ovu"... - Narahatçılıq VAR

7-11-2015, 13:12
Oxunub: 2 864 Gəncə Dövlət Universitetində "casus ovu"... - Narahatçılıq VARQeyd edək ki, bu yaxdıqlarımızdan sonra universitetdə ara qarışıb

Ötən gün Gəncə Dövlət Universitetində (GDU) özbaşınalığın pik həddə olduğu, tələbələrin pul müqabilində aylığa buraxıldığına dair məlumat vermişdik. Həmin məlumatlarda vurğulanırdı ki, GDU-nun dekanı İldırım Qasımov bütün imkanlarından istifadə edərək, pul qazanmağa çalışır və bunun üçün belə eybəcər yol tapıb.
Bolgexeber.com demokratiya.info-ya istinadən xəbər verir ki, GDU-da biabırçı olaylar yaşanır. Habelə aylığa buraxılmış tələbələrin də adlarını dərc etdiyimizdən onlar arasından dərsə olanların olduğunu da deyənlər tapılmışdı. Amma onların öyrədilmiş biriləri olduğunu da anlamaq lazımdır.
Qeyd edək ki, bu yaxdıqlarımızdan sonra universitetdə ara qarışıb. Məlumata görə, məsələdən xəbər tutan nazir Mikayıl Cabbarov rektor Yusif Yusifova zəng ejərək, tələbələrin siyahısı ilə maraqlanıb. Tələb edib ki, məsələ araşdırılsın və mənbə üzə çıxarılsın. Amma bütün hallarda rektorun cəzasız qalmayacağını da söyləyib.
Verilən məlumatda vurğulanır ki, Yusif Yusifov nazirlə danışığından sonra təcili iclas cağırıb. Rektor buna qədər işini tədbirli görərək, Anar adlı etbarlı adamına iş həvalə edib. O, Anardan tələb edib ki, mənbəni axtarıb, tapsın. Üstəlik, tələbələr də onların ixtiyarındadır. Belə ki, araşdırma aparan Anar tələbələrin dərsə gəlmədiyini aydınlaşdırıblar.
Bildirilir ki, GDU-nun rektoru bir neçə nəfəri şübhəli şəxs qismində özü dindirib. Fizika fakültəsinin dekanı İldırım Qasımov isə təcili olaraq aylığa buraxdığı tələbələri geri çağırmağa başlayıb. İki gün ərzində onların universitetdə olmalarını istəyiblər. Bu azmış kimi, İldırım Qasımov dərs jurnalında aylığa çıxanların qarşısında qayıb yazdırıb.
İldırım Qasımov AMİ-nin Zaqatala filialının direktoru, həm də qohumu Orucəli müəllimi vəzifə başına gətirmək istəyir. Bunun üçün də indidən hazırlıqlar görür.
Bu əsnada onu da bildirək ki, dünən yazdıqlarımızdan sonra yeyib-içmək məclisləri dayandırılıb. Səbəb isə həmin məkanda yeyib-içənlər rektor tərəfindən dindilib və onlardan açıq şəkildə həmin mərasimləri dayandırmalarını tələb edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.