Adil Vəliyevin adamları qoçuluq etdi - FOTO
7-11-2015, 19:48
Oxunub: 4 329
"AZ Retail" MMC Abşeron rayonu Məhəmmədi qəsəbəsində ona məxsus olduğunu bildirdiyi ərazidə anbar və logistik mərkəzin tikintisinə başlayıb
Ancaq özünü Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tikintiyə imkan vermir.
Onlar noyabrın 7-də günorta saatlarında əraziyə gələn beton maşınlarının qabağını kəsiblər. Sürücülərə və fəhlələrə işləməsinlər deyə, təzyiq edirlər. Bu haqda Azadlıq Radiosunun əməkdaşları hadisə yerindən xəbər verirlər.
Tərəflər arasında qısamüddətli qarşıdurma yaranıb. Olay yerinə polis çağırılıb. Eyni zamanda ərazidə xeyli sayda idmançı görkəmində şəxslər toplaşıb.
MMC-nin hüquqşünası Alov Səfərəliyev deyir ki, kənd təsərrüfatı mallarının saxlanılması üçün nəzərdə tutulan anbar və logistik mərkəz İqtisadi İnkişaf Nazirliyinin dövlət proqramı çərçivəsində ayırdığı kredit əsasında tikilir: "Bu ərazi Abşeron rayonu Məhəmmədi qəsəbəsinə aiddir. Bizim torpaqla bağlı aldığımız kupçada da, reyestrdən çıxarışda da bura Məhəmmədi qəsəbəsinin ərazisi kimi göstərilib. Amma buna baxmayaraq, Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri tikintiyə müdaxilə edir, qanunsuz şəkildə tikintini dayandırmağa çalışırlar. Heç bir sənəd də təqdim etmirlər. Bilmirik nəyin əsasında belə bir tələblə çıxış edirlər".
Sabunçu rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışırıq.
Bu günlərdə prezident İlham Əliyev sahibkarlara təzyiqləri pisləyib və bunu yolverilməz adlandırıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər