Beyləqanda mədəniyyət evinə qoyunlar gedir - FOTOFAKT
9-11-2015, 14:32
Oxunub: 3 823
Beyləqanın Şahsevən kəndində mədəniyyət evinə artıq qoyunlar gedir
Bu tragikomik faktı əks etdirən foto sosial şəbəkələrdə yayımlanıb.
TİA.AZ-ın xəbərinə görə, kənd mədəniyyət mərkəzinin qabağında olan qoyun sürüsü binaya daxil olmağa hazırlaşır.
Bu isə rayonda mədəniyyətə olan münasibətin ali göstəricisidir. Beyləqan rəhbərliyi nəinki rayondakı mədəniyyət ocağının qeydinə qalır, kəndlərdəki vəziyyətlə ümumiyyətlə, maraqlanmır.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyevin isə başı dövlət pullarını mənimsəməyə qarışıb. Şöbənin baş mühasibi Məhəmməd Həsənov maliyyə maxinasiyalarında əsas fiqur hesab olunur.
İddialara görə, şöbə müdiri Nazim Mirzəyev baş mühasib Məhəmməd Həsənovla birləşərək dövlətin yüz min manatlarla vəsaitini müxtəlif işlərin görülməsi adı altında "siliblər".
Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad" MMC-nin kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsaitlər ayıraraq onların böyük qismini "silib". Bu il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus "Elmir-Murad" müəssisəsinə verilib.
Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri"nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib".
Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 19 mədəniyyət evi, 17 kənd klubu, 1 şəhər, 35 kənd kitabxanası, 1 musiqi məktəbi, 2 muzey, 2 mərkəz fəaliyyət göstərir və şöbədə 370-dən artıq işçi çalışmaqdadır.
Çalışan işçilərin əksəriyyətinin adı isə klublarda, kitabxanalarda, mədəniyyət evlərində işçi kimi sənədlərdə yazılıb. Daxil olan məlumatlarda iddia edilir ki, Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində 50-ə yaxın adı olub özü olmayan işçilər mövcuddur və şöbə müdiri ilə baş mühasib hər ay ölü işçilərin maaşlarını məhz özləri əldə edirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər