BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudovun bacısı oğlunun Qazax biznesi haqda daha bir iddia - “Old Qazax” restoranını italyanlar təmir edib

Eldar Mahmudovun bacısı oğlunun Qazax biznesi haqda daha bir iddia - “Old Qazax” restoranını italyanlar təmir edib

9-11-2015, 16:19
Oxunub: 2 900 Eldar Mahmudovun bacısı oğlunun Qazax biznesi haqda daha bir iddia - “Old Qazax” restoranını italyanlar təmir edibZeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur

Bu günlərdə redaksiyamıza qaxil olmuş yeni məlumatda «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətinə dair növbəti açıqlamalar təqdim edilib.

Qeyd edək ki, qəzetimizin 05.11.2015-ci il tarixli sayında artıq bu mövzuda “Qazax Neft Bazasının “OMON”çu direktoru” sərlövhəli bir material dərc olunmuşdu. Həmçinin aldığımız məlumatlar əsasında hazırladığımız həmin məqalədə Zeynal Əhmədovun rəhbərlik etdiyi bazanın idarə olunmasında yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar əks olunmuşdu. İlk növbədə yazıda vurğulanmışdı ki, «SOCAR Petroleum» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Bu xüsusda daxil olan məlumatlarda qeyd olunmuşdu ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatının yüksək olması, baza direktoruna müəyyən spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur. Digər tərəfdən isə, açıqlamalarda baza direktorunun həyata keçirdiyi maxinasiyalar sayəsində hazırda Qazaxın ən zəngin şəxslərindən birinə çevrildiyi vurğulanır. Bildirilir ki, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. Belə ki, o, rayon maliyyə idarəsinin yanında yerləşən obyektinin birini «Finca» BOKT-yə icarəyə verib. Həmçinin baza direktorunun sahib olduğu mülk və obyektlərin sırasında Qazax şəhərində 4 mərtəbədən ibarət olan «Cəmalə» klinikası, Qazax və Ağstafada lombardları, Qazax Rayon Məhkəməsinin yanında böyük imarəti, Bakı şəhərində isə, «Şəhidlər Xiyabanı»nın yaxınlığındakı binalardan birində iki bahalı mənzili olduğu göstərilir. Daha sonra ötən materialda biz göstərmişdik ki, Zeynal Əhmədov Eldar Mahmudovun bacısı oğlu Elşənlə şərikli biznesə malikdir. Bu xüsusda aldığımız yeni açıqlamada həmin biznesin konkret olaraq hansı sahəni əhatə etməsinə aydınlıq gətirilir. Mənbə bildirir ki, bu şəriklik öz ifadəsini ortaq restoran biznesində tapıb. Belə ki, Qazaxda yerləşən məşhur “Old Qazax” restoranı məhz bu iki şəxsə məxsusdur. Mənbənin iddiasına görə, sərəncamı hələ Qazax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Hüseynovun vaxtında, həm də məhz elə Elşənin vasitəçiliyi ilə alınmış və təmirinə İtaliyadan məxsusi olaraq ustalar dəvət olunaraq cəlb edilmiş bu obyektin qiyməti hazırda 5 milyon manat civarında dəyərləndirilir. Bundan başqa, ötən yazıda Zeynal Əhmədovun bir zamanlar Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovla yaxınlığı və özünün də OMON-un struktur bölmələrindən birinə komandirlik etməyi barədə açıqlama verilmişdi. Yani aldığımız məlumatda isə, bu münasibətlərin indi də qorunub saxlandığı vurğulanır. Əlbəttə, dostluq əlaqələrinin hər vəziyyətdə qorunub-saxlanması əslində təqdirə layiq bir haldır. Amma bir şərtlə ki, bu münasibətlər qanun pozuntularına rəvac verməsin. Bizim aldığımız məlumatda isə, Zeynal Əhmədovun öz imkanlarından yararlanaraq, Elçin Əmiraslanovun oğlu, Tərlan Əmiraslanovu hərbi xidmətdən yayındırdığı iddia olunur...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
bizimdovr.az