BolgeXeber.Com » Xəbərlər » Robert De Niro Ağalarovlarla restoran açıb

Robert De Niro Ağalarovlarla restoran açıb

10-11-2015, 10:39
Oxunub: 3 009 Robert De Niro Ağalarovlarla restoran açıbHollivud aktyoru Robert De Niro yapon baş aşpaz Nobu Matsuxisa ilə birgə Moskvada yerləşən "Crocus City Mall"da məşhur "Nobu" şəbəkəsinin yeni restoranını açıb

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Crocus City Mall"ın mətbuat xidməti məlumat yayıb.
De Niro və Matsuxisanın Moskvada ilk restoranı 2009-cu ildə açılıb. Layihə Matsuxisa və De Niro ilə azərbaycanlı iş adamları Araz və Emin Ağalarovların birgə əməkdaşlığının nəticəsi olub.
İki mərtəbəni əhatə edən "Nobu Crocus City" restoranında bar və lounge-zona, 70 nəfərlik əsas zal və suşi-bar mövcuddur. İkinci mərtəbədə 120 yerlik mənzərəli zal yerləşir. Restoranın mətbəxinə fransalı Demien Düvio cavabdehdir.
İlk "Nobu" restoranı 1994-cü ildə Nyu-Yorkda açılıb. Hazırda "Nobu" imperiyasına 28 şəhərdə - London, Las-Veqas, Melburn, Tokio, Pekin, Mayami və s. 33 restoran daxildir.
Bolgexeber.com