BolgeXeber.Com » Xəbərlər » Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildi

Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildi

10-11-2015, 18:30
Oxunub: 1 284 Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildiBakıda yaşayış binalarının arasında obyekt tikmək istəyənlər sakinlərin qəzəbini sakitləşdirməyin yeni üsulunu tapıblar

Bolgexeber.com Gün.Az-a istinadən xəbər verir ki, sxem təxminən belədir: İki yaşayış binasının arasında balaca bir boş ərazi görən “biznesmen” burada obyekt tikmək qərarına gəlir.
Bir anın içində inşaatçılar həmin ərazidə peyda olub, hazırlıq işlərinə başlayırlar. İş başlayarkən əhalini məlumatlandıracaq heç bir lövhə olmur.
Sakinlər binalarının qarşısında naməlum bir obyektin tikintisinə hazırlığı görüb etiraza başlayan kimi məlumat lövhəsi peyda olur və oradan aydın olur ki, sən demə ərazidə sakinlərin rahatlığını nəzərə alaraq, onlara yaxşılıq etmək üçün uşaq bağçası tikilir.
Tikinti işləri başa çatana yaxın bu məlumat lövhəsi təbii ki, yoxa çıxır, çünki yalnız kor adam tikilinin uşaq bağçasına aid olmadığını başa düşməz.
Sonradan isə həmin tikili ilkin olaraq nəzərdə tutulan profilə uyğun istifadəyə verilir.
Məhz belə bir sxemlə “Miraj” kooperasiyası işləyib. Adını çəkdiyimiz bu koorporasiya 2014-cü ilin avqust ayında Bakının Xətai rayonu General Şıxlinski 1B ünvanında binanın qarşısında balaca bir ərazidə bir neçə mərtəbəli binanın inşasına başlayıb.
Sakinlər etiraz səslərini ucaldan kimi, ərazidə guya uşaq bağçasının tikildiyi barədə məlumat lövhəsi də vurublar.
Lövhəyə əsasən, burada 350 yerlik bağça inşa olunur Bu şirkət bir az da irəli gedərək, işin PR tərəfini də qurub və mediaya məlumat da ötürüblər.
Qeyd edək ki, bütün bunlar bir il bundan əvvəl baş verib. 2015-ci ildə isə ərazidəki tikinti başa çatmaq üzrə olarkən, uşaq bağçası ilə bağlı məlumat lövhəsi yoxa çıxır.
Əvəzində fasadı və daxili tikililəri hazır olan binanın üzərində bir neçə yerə “İcarəyə verilir” sözləri peyda olur. Bu isə istər-istəməz bir sual yaradır – uşaq bağçası adı altında tikilən obyekt kimə icarəyə verilə bilər? Biz yalnız ehtimal edə bilərik ki, bu bina ticarət obyekti kimi inşa olunub və indi də ticarətçilərə icarə üçün təklif edilir.
Əlbəttə ki, əgər həqiqətən də tikinti başlamazdan əvvəl Xətai rayon İcra Hakimiyyətinin rəyi alınıbsa və Dövlət Ekspertizasının rəyi də varsa, adıçəkilən qurumlar tikintinin profilə uyğun aparılmasına nəzarət etməli idilər və indi də həmin şirkətə bir sual verməlidirlər – bəs uşaq bağçası necə oldu?
Reallıqda isə bu müddət ərzində öz öhdəsinə düşən işi təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerinə yetirib.
2014-cü ilin avqustunda nazirlik adıçəkilən tikili ilə əlaqədar xəbər yayıb ki, “20 avqust 2014-cü il tarixində ETSN-in qaynar xəttinə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən bildirilib ki, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” kooperasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub”.
Bundan başqa, nazirliyin açıqlamasına görə sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyi belə alınmayıb.
“Faktla bağlı “Miraj” kooperasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120 min manat məbləğində cərimə edilib” - deyə, nazirlikdən bildirilib.
Bakıda uşaq bağçasının icarəyə verilən obyektə çevrilməsi sxemi belə olur, bizlərə isə qalır həmin obyektin kimlər tərəfindən icarəyə götürüləcəyini seyr etmək...
Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildi
Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildi
Bakıda daha bir tikinti fırıldağı - uşaq bağçası adıyla obyekt tikildi