BolgeXeber.Com » Xəbərlər » Zabitlər şagirdlərə hərbi dərs keçdilər - Tərtərdə

Zabitlər şagirdlərə hərbi dərs keçdilər - Tərtərdə

11-11-2015, 16:19
Oxunub: 3 790 Zabitlər şagirdlərə hərbi dərs keçdilər - TərtərdəHərbi hissələrdən dəvət olunmuş zabitlər tərəfindən tam orta məktəblərdə X-XI sinif şagirdlərinə silahlardan, əl qumbaralarından istifadə qaydaları, silahların sökülüb-yığılması izah olunmuş, əyani surətdə göstərilmişdir

Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Yeniyetmə və gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlıq fənlərinin böyük əhəmiyyəti var.

Bolgexeber.com xəbər verir ki, bu gün Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin N saylı hərbi hissələrinin təşəbbüsü ilə rayonun 34 umumtəhsil müəssində gənclərin çağırışaqədərki hazırlıq dərsləri əyani vasitələrdən istifadə etməklə keçirilmişdir.

Hərbi hissələrdən dəvət olunmuş zabitlər tərəfindən tam orta məktəblərdə X-XI sinif şagirdlərinə silahlardan, əl qumbaralarından istifadə qaydaları, silahların sökülüb-yığılması izah olunmuş, əyani surətdə göstərilmişdir. Zabitlər şagirdlərlə hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparmış, onlarla fikir mübadiləsi etmişlər. Hərbi dərslərdə 1314 nəfər şagird iştirak etmişdir.

Şəhər 5 saylı tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi Əli Orucov, şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Nicat İsmayılov çıxış edərək, zabitlərə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, gənclərin çağırışaqədərki hazırlıq dərslərinin əyani vasitələrlə keçirilməsi müharibə şəraitində yaşayan gənclər üçün çox əhəmiyyətlidir. Onlar silahlardan istifadə etməyi öyrənir, hərbi xidmətdə olanda çətinlik çəkmirlər.

Hərbi dərslərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak etmişdir. Rayon rəhbəri olkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən görülmüş işlərdən danışmış, gənclərin vətənə, dövlətə sadiq olmalarını tövsiyə etmişdir.
Bolgexeber.com
Zabitlər şagirdlərə hərbi dərs keçdilər - Tərtərdə
Zabitlər şagirdlərə hərbi dərs keçdilər - Tərtərdə
Zabitlər şagirdlərə hərbi dərs keçdilər - Tərtərdə