Baş dəmiryolçunun kassiri MTN işində - Faktlar
12-11-2015, 12:40
Oxunub: 4 491
Dövlət Dəmir Yolları QSC rəisi Cavid Qurbanov reputasiyasına xələl gətirən faktla üzləşib
Bolgexeber.com xəbər verir ki, Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini Rəcəb Babaşovun adı MTN işində hallanır. R.Babaşov C.Qurbanova yaxın adam hesab edilir. Bu faktın ortalığa çıxması baş dəmiryolçu üçün yeni problem yaradıb.
Gundeminfo.az xəbər yayıb ki, Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşov paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir.
Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda pristijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühim rolu da MTN-çilərin oynadığı söylənilir.
Vergilər Nazirliyində sahibkarlara divan tutan böyük şəbəkənin çözülməsi ilə davam etdiriləcək. Bir qədər əvvəl Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olan Vidadi Məmmədov həbs edilmişdi.
Məhz «MTN işi» ilə bağlı olaraq işdən çıxarılandan dərhal sonra həbs edilən Vidadi Məmmədovun sahibkarlara qarşı amansız davranışları, təzyiq, şantaj yolu ilə pul tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı dindirildiyi bildirilir.
Onun hazırda Dövlət Dəmir Yolları QSC-nin rəisi olan Cavid Qurbanovla yaxın olduğu və Qurbanovun biznesini yönəltdiyi barədə də mətbuatda yazılıb.
Onun sahibkarlarla davranışlarında yol verdiyi təzyiq metodları deyəsən haqqında bəhs edilən rəis müavinin bitirilməsi ilə sonuclana bilər. Departamentin işinin idarə edilməsində rəis müavini postunu tutan Rəcəb Babaşovun xidmətlərini xüsusilə vurğulamaq lazımdır. Bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür.
Onun – Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat, – Bayıldakı Aran restoranı, Aran kafesi – və “077-lər” adlı avtoyuması, – Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı, – əlavə olaraq Bakıda 4 evi, – o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi, – ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salmaq kifayətdir. Bu işdə rayonda ona dəstək olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun dogma bibisi oğlu Həsən Həsənovdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər