Şəki polisi sürücünün “başına pul qoydu” - 1000 manat
12-11-2015, 15:39
Oxunub: 4 976
Gecə 00:20 radələrində Şəkidə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib
Oxu.az xəbər verir ki, 1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib.
Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edib. Müraciətdə həmin qəza hadisəsini görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Şəki Şəhər Rayon Polis Şöbəsi məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatının veriləcəyini bildirir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər