BolgeXeber.Com » Xəbərlər » İntihar etdiyi deyilən 9 yaşlı qızın qardaşı və məktəb direktoru DANIŞDI

İntihar etdiyi deyilən 9 yaşlı qızın qardaşı və məktəb direktoru DANIŞDI

12-11-2015, 17:35
Oxunub: 3 451 İntihar etdiyi deyilən 9 yaşlı qızın qardaşı və məktəb direktoru DANIŞDIBadamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 14-də müəmmalı şəkildə dünyasını dəyişən Pərixanım Məmmədovanın yaxınları və oxuduğu 236 nömrəli məktəbin direktor və müəllimləri hafta.az-a danışıb.

Təhsil ocağının direktoru Xanlar İmaməliyevin hafta.az-a bildirdiyinə görə, hadisə 10 noyabr saat 17:00-da baş verib:

“4-cü sinif şagirdi Pərixanım Məmmədova məktəbimizin yaxşı oxuyan nümunəvi şagirdlərindən biri olub. Nə müəllimlərlə, nə də şagirdlərlə heç bir problemi olmayıb. Hadisə baş verən günü Pərixanım dərsə gəlmişdi, mənə salam verərək, sinif otağına keçdi. Müəllimələrindən aldığım məlumata görə, o, dərslərə cavab verərək 4 və 5 qiymətləri alıb. Hadisənin intihar olması haqda məlumatlar dolaşsa da, biz buna inanmırıq. Mən bu haqda 10 noybr saat 18 radələrində məlumat aldım. 41 saylı polis bölməsinin rəisi mənimlə əlaqə saxlayaraq, hadisə barədə xəbər verdi. Uşağın yaxınlarından aldığım məlumata görə, Pərixanım dərsdən evə qayıtdıqdan sonra otağına keçib, anası isə mətbəxdə yemək bişirirmiş. Anası onun otağına daxil olan zaman uşağı huşsuz, kondisionerin kabelinə asılı vəziyyətdə görüb. Pərixanım Məmmədovanın ailəsi də nümunəvi ailədir. Uşağın ata və anasını tanıyıram. Anası uşağın sinif rəhbəri ilə 239 nömrəli məktəbdə sinif yoldaşı olublar. Yəni müəllimə ilə də çox gözəl münasibətləri olub. Bir daha qeyd etmək istəyirəm ki, mərhum şagirdimizin heç bir problemi olmayıb, dərslərinə də vaxtlı-vaxtında gəlib normal qiymətlər alıb. Müəllimələrindən aldığım məlumata görə, Pərixanım Məmmədova mobil telefon istifadəçisi də olmayıb. Onu bu günə kimi məktəbdə telefon işlətdiyini nə müəllimlər, nə də sinif yoldaşları görüb”.

Pərixanım Məmmədovaya dərs deyən müəllimə də açıqlama verərək, hadisə barədə danışdı.

10 noyabrda Pərixanım dərsə gələrək, verdiyim ev tapşırığından əla qiymət aldı. Xəbəri eşidəndə inana bilmədim ki, belə bir hadisə baş verib. Pərixanımın anasıyla danışdım. O bildirdi ki, uşaq aş istəyib, mərhum şagirdimizin anası mətbəxtdə aş bişirəndə başı qarışıq olub. Daha sonra onun otağına gələn zaman Pərixanımın cansız bədəni ilə rastlaşıb. Çox dəhşətli hadisədir, xəbəri eşidən şagirdlərimiz dünəndən özlərinə gələ bilmirlər”.

Nə qədər çətin olsa da, Pərixanım Məmmədovanın qardaşı Hacıağa Məmmədov özündə güc tapıb bacısının ölümü ilə bağlı açıqlama verdi.

Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci kurs tələbəsi olan Hacıağanın sözlərinə görə, hadisə baş verən vaxt o, evdə olmayıb.

“Bacımın ölüm xəbərini valideynlərimdən eşitdim. Onun intihar etməsi barədə deyilən xəbərlərə inanmağım gəlmir, belə bir şey ola bilməz. Bacımın heç bir problemi olmayıb, çox mehriban ailə və bacı-qardaş münasibətlərimiz olub. Bacım məktəbdə də heç kiminlə problem yaşamayıb”.

Tofiq Məmmədov 14 küçəsinin sakinləri də Pərixanım Məmmədovanıı nümunəvi uşaq kimi tanıdıqlarını qeyd ediblər.

Bu gün həm də Pərixanım Məmmədovanın 3 mərasimi təşkil olunub. Badamdar qəsəbəsində yerləşən xeyir-şər evində təşkil olunan tədbirdə mərhumun müəllimləri, məktəbin direktoru və yaxınları iştirak ediblər. Pərixanım Məmmədova Şıxov qəbiristanlığında dəfn olunub.

Aldığımız məlumata görə, Pərixanım Məmmədovanın atası Dövlət Neft Şirkətinin viste-prezidenti vəzifəsində çalışan Xoşbəxt Yusifzadənin şəxsi sürücüsüdür.
Bolgexeber.com