Səbailin yeni başçısı Eldar Əzizov bunu da etdi – İLGİNC QƏRAR
13-11-2015, 11:16
Oxunub: 4 106
Artıq şəhər sakinlərindən oğurlanaraq iş adamlarına satılan səkilərə “Şaurma” restoranı da sahib olub
Bolgexeber.com xəbər verir ki, Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov Sumqayıtdan qalan ənənələrlə işə başlayıb.
Məlumata görə, Eldar Əzizov devalvasiyanın manat üzərindəki qalibiyyətini nəzərə alaraq Nizami küçəsində yerləşən bir sıra restoran və obyektlərə yeni “şapkalar” müəyyənləşdirib.
Bundan başqa bir müddət bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti restoranların qanunsuz olaraq zəbt etdiyi ərazidəki çətirlərin, otaq və oturacaqların sökülməsi ilə bağlı verdiyi qərar hazırda tamamilə lazımsız bir kağız parçasına çevrilib. Düzdür, bu qərar sona qədər icra edilməsə də keçmiş başçı Asif Əsgərov “Şaurma”, “Mado”, “Namlı kabab”kimi restoranların zəbt etdiyi əraziləri paytaxt sakinlərinə geri qaytarmağa nail olmuşdu. Bir neçə gün sonra isə “Mado” ilə “Namlı kabab”restoranları əvvəlki kimi fəaliyyət göstərməyə davam etmişdilər.
Artıq şəhər sakinlərindən oğurlanaraq iş adamlarına satılan səkilərə “Şaurma” restoranı da sahib olub. Vəzifəyə yeni təyin edilən Eldar Əzizov bu restoranın illərdir əlindən alınan küçə ticarətini onlara geri qaytarıb. Təbii ki, icra başçısının bu restorana yaşıl işıq yandırması maraq cəlb etməyə bilməz.
Qeyd edək ki, Səbailin icra başçısı Eldar Əzizov “ikinci Sumqayıt ssenarisini” həyata keçirməyə başlayıb. Bu ssenari üzrə iş adamlarından və obyektlərdən alınan aylıqlar artırılıb və eyni zamanda başçının əmri ilə Batamdar qəsəbəsində bir sıra evlərin söküntüsünə start verilib./azxeber
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər