Rafil Hüseynov oğlunu necə vəziyyətdən çıxarmaq istəyir? - Qalmaqal
13-11-2015, 13:27
Oxunub: 4 491
Ötən gün İnfo Masallı səhifəsi tərəfindən fotoları yayımlanan Həhriyar Hüseynovla bağlı məsələ böyüməyə başlayıb
JAM.AZ xəbər verir ki, Masallının icra başçısı Rafil Hüseynovun oğlunun gecə klublarından biridə, çılpaq qızlarla birlikdə şəkil çəkdirməsi şübhəsiz atası üçün müsbət hal sayılmır.
Həmin məlumatda deyilirdi ki, Şəhriyar Hüseynov mütəmadi olaraq gecə klublarına gedir və onun əyləşdiyi masanın hesabı 3-4 min manatdan az olmur.
İcra başçısı oğlu ilə bağlı məsələni ört-basdır etmək üçün əl-ayağa düşüb. Məlumata görə, Rafil Hüseynov oğlunun fotlarını mətbuatdan tam yığışdıra bilmədiyindən, başqa varianta əl atıb. Belə ki, o, mətbuatdakı «mirzə»ləri vasitəsi ilə oğlunun yayılmış fotoşəkilinin «montaj» edildiyi barədə rəy yaratmağa çalışır. Və bunun üçün zəruri olan bütün addımları atmağa hazır olduğunu bildirib.
Məlumatda vurğulanır ki, Masallının icra başçısı bu rəyi yaratmağa çalışsa da, fotoşəkilin montaj olunmadığı artıq çoxdan təsdiqlənib. Üstəlik, Şəhriyar Hüseynovun etdiyi hərəkət və məsələnin bu şəkildə ictimailəşməsi Rafil Hüseynov üçün də böyük problemə çevriləcək. Ona görə ki, dövlət başçısının qəti tapşırığı var. Əgər məmur balaları bu şəkildə davranıb, eyş-işrətlə məşğul olacaqları təqdirdə, təkcə onlar deyil, məmur ataları da cəzalandırılacaqlar. Elə Masallının icra başçısını da qorxudan cəza alacağıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər