“Azərboru” ASC-də maaşlar verilmir – ŞİKAYƏT
13-11-2015, 14:19
Oxunub: 3 937
“Xəstəmizə dərman, uşaqlarımıza isti geyim ala bilmirik. 3 aydır evimizə ərzaq ala bilmirik"
Bolgexeber.com bildirir ki,“Azərboru” ASC fəhlələri TİA.AZ vasitəsi ilə prezidentə müraciət edib. Narazı fəhlələr qeyd edirlər ki, üç aydır maaşlar verilmir.
Şikayət məktubunda deyilir ki, “Baku Steel Company” şirkəti sahib olduğu Sumqayıtdakı “Azərboru” ASC fəhlələrinə əmək haqlarını ödəmir: “Xəstəmizə dərman, uşaqlarımıza isti geyim ala bilmirik. 3 aydır evimizə ərzaq ala bilmirik. Fəhlələrin böyük qismi artıq 8 aydır 67%-lə evə buraxılıb. Zavodumuza Baku Steel Company sahiblənən gündən maddi durumumuz yox dərəcəsinə düşüb.
Azərbaycanda metallurgiya sahəsində kriminal imic qazanıb, bütün rəqiblərini bazardan çıxaran Baku Steel Company şirkətinin Azərboru ASC fəhlələrinin avqust, sentyabr, oktyabr maaşlarını verməyə pulu yoxdur?”
Şikayətçilər bildirirlər ki, ödəniləcək məbləğ də o qədər böyük deyil: “67 faizlə ödəniş edəndə hər fəhlənin bir ayına 170 manat pul düşür. Çox xahiş edirik, bizə kömək edin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər