BolgeXeber.Com » Xəbərlər » GDU-da bazar qaydaları - ilginc iddialar

GDU-da bazar qaydaları - ilginc iddialar

13-11-2015, 15:31
Oxunub: 2 527 GDU-da bazar qaydaları - ilginc iddialarİldırım Qasımov haqqında yazılanlardan dolayı ciddi narahat olmaqla yanaşı, artıq danışığını da itirib

Ötən gün Gəncə Dövlət Universitetində (GDU) tələbələrin təqaüd kartları ilə bağlı qalmaqal yaşandığı, aylığa buraxılmış gənclərin kartlarının dekan İldırım Qasımovun oğlunda olduğu barədə məlumat vermişdik. JAM.AZ-a məlumat verən tələbələr bildirmişdilər ki, İbrahim Qasımov Göyçayda yaşasa da, GDU-nun aylıqda olan tələbələrinin təqaüd kartlarını atası ona verib.

Bu gün isə məlumat verən tələbələr bildiriblər ki, GDU-da rektorun məsələni araşdırmaq üçün nəzərdə tutduğu komissiya artıq dərs davamiyyəti olan tələbələri yoxlamır. «Ona görə də, həmin tələbələr yenə də İldırım Qasımov tərəfindən hər biri 250 manatdan olmaqla aylığa buraxılıb. Bura kollekvium və imtahan qiymətləri daxil deyil».

Məlumatda qeyd edilir ki, yazdıqlarımızdan sonra İldırım Qasımov aylıqda olan tələbələri geri çağırıb, dərsdə olmalarını istəyib. «Lakin Rektorun Komissiyası yalnız birinci dərs saatlarını yoxlayır. Digər dərslərə nəzarət etmədikləri üçün aylıqda olan tələbələr də ikinci dərsdən yoxa çıxırlar. Onların bir qismi şəxsi maşınlarına, digər qismi isə arxalarınca gəlmiş maşınlara oturaraq GDU-nu tərk edirlər».

Bizə məlumat verən tələbə iddia edir ki, hazırda təkcə fizika fakultəsində 80-nə yaxın tələbə aylıqdadır. Mənbə yaxın günlərdə tam siyahını dəqiqləşdirərək redaksiyamıza təqdim edəcəyini bildirib.

Qeyd edilir ki, İldırım Qasımov haqqında yazılanlardan dolayı ciddi narahat olmaqla yanaşı, artıq danışığını da itirib. İddia olunur ki, dekan bu məlumatları universitetdən mətbuata sızdıranları dərs otağında belə söyərək təhqir edir.
Bolgexeber.com