BolgeXeber.Com » Xəbərlər » Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR

Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR

14-11-2015, 12:38
Oxunub: 4 902 Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLARBinəqədi rayon sakini Şaiq Abbasov İcra Hakimiyyəti nümayəndələrinin haqsızlığına məruz qalmasından şikayətçidir

Musavat.com-un redaksiyasına problemini danışan Ş.Abbasov başına gələn hadisələri belə dilə gətirdi:"Ailəmiz böyük olduğu üçün oğlanlarıma öz həyətimdə ev tikmək qərarına gəldim. Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etdim ki, həyətimdə ev tikim. Bakı Şəhəri İcra Hakimiyyətindən cavab gəldi ki, bu barədə Binəqədi Rayon İcra Hakmiyyətinə müraciət edin. İcra Hakimiyyəti nümayəndələri evin sənədi olmadığı üçün tikintiyə icazə vermədilər. Evin lazımi sənədlərini toplayıb, Binəqədi İcra Hakimiyyətinə apardım. Lakin onlar bildirdilər ki, evimin sahəsi 24 kvadratmetrdən çox olduğu üçün sənəd vermək olmaz. Xatırladım ki, həmin ərazidə heç kimin sənədi yoxdur. 2 il əvvəl ölkə başçısı qərar verdi ki, bütün evlər sənədləşdirilsin. İcra Hakimiyyəti icazə vermədikdən sonra məcbur olub, bu barədə ölkə başçısına məktub yazdım. I qrup gözdən əlil olduğum üçün Gözdən Əlilər Cəmiyyətinə müraciət etdim ki, bu yolla növbəyə dayanıb, sənəd alam. Oradan məni Binəqədi Rayon İcra Hakimiyyətinə göndərdilər. Orada Ənvər adlı şəxs məni qəbul elədi. Mənim evim 28 kvadratmetr olduğu üçün qanuni yolla mümkün olmadığını dedilər. Qanunvericilikdə 24 kvadratmetr olmalıdır ki, sənəd verilsin”.

Şikayətçinin sözlərinə görə, ondan tələb olunan bütün sənədləri aparsa da, heç bir nəticəsi olmayıb:“Mənə bildirdilər ki, bütün bələdiyyələrdən sənəd gətirməlisən ki, heç yerdə torpağının olmadığı sübut olunsun. Bu vəziyyətimlə Binəqədi rayonunda nə qədər bələdiyyə var, hamısından sənəd aldım gətirdim. Sənədləri toplayıb, Binəqədi Rayon İcra Hakimiyyətində Ənvər adlı şəxsə verdim. Bir həftə keçdikdən sonra vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün həmin şəxsə zəng elədim. Mənə bildirdi ki, sənədlər qaydasındadır. Sənədlərimi geri qaytardıqdan sonra ölkə başçısına məktub yazdım. Ərizədə komissiyanın yaradılması və işimə baxılması haqqında yazdım. Məktubuma cavab gəldi və Prezident Adminstrasiyasından Binəqədi Rayon İcra Hakmiyyətinə göndərildi. İcra Hakimiyyətində Vüsalə adlı xanım məni qəbul elədi. Mənə dedi ki, sənə bir nəfər adam lazımdır ki, öz üstünə götürəsən ki, ailəniz 5 nəfər olsun, qanuni yol ilə ev növbəsinə dayanmaq olsun. Sənədlərimin olmadığını dedim. Vüsalə xanım bildirdi ki, sənəd məsələsini “pasportstol”da həll edəcəklər. Mən elə sandım ki, öz idarələrində deyir. Mən getdim bir nəfər tapdım. Polis idarəsinə getdim və mənə dedilər ki, çıxarış göstər, evin sənədini göstər. Bu yolla başlarından etdilər. Bu cəhdim də boşa çıxdı.Vüsalə xanım dedi ki, xahiş elə evin kvadratmetrini az yazsınlar. O halda sənəd verə bilərlər. Nə qədər xahiş etsəm də, mümkünsüz olduğunu dedilər. Onlara ölkə başçısının həmin ərazinin sənədləşdirilməsi haqqında qərarını və mənim işimlə ilə bağlı ölkə başçısından məktub göndərildiyini xatırlatdım. Lakin onlar müxtəlif bəhanələr gətirərək bunun mümkün olmadığını dedilər. Mənim tələbim odur ki, Prezident Adminstrasiyasından göndərilən məktuba Binəqədi Rayon İcra Hakmiyyətindən cavab verilsin. Əgər mənim evimə sənəd vermirlərsə, həyətimdə tikintiyə icazə versinlər".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə əlaqə saxladıq. O, bildirdi ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra daha ətraflı məlumat veriləcək.

Mövzuya yenidən qayıdacağıq.
Bolgexeber.com
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR
Binəqədi İcra Hakimiyyəti vətəndaşı niyə süründürür? - FOTOLAR