BolgeXeber.Com » Xəbərlər » Əli Abbasovun sinif yoldaşı olan rektor dar ayaqda: Akif Süleymanov üçün yolun sonu
Əli Abbasovun sinif yoldaşı olan rektor dar ayaqda: Akif Süleymanov üçün yolun sonu
14-11-2015, 14:20
Oxunub: 4 787
Əli Abbasovun sinif yoldaşı olan rektor dar ayaqda: Akif Süleymanov üçün yolun sonuRabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi digər vəzifəli şəxslər üçün də qaranlıq perspektiv vəd edir
Belə məmurlardan biri də Texnologiya Universitetin rektoru Akif Süleymanovdur.Bolgexeber.com xəbər verir ki, mövzuyla bağlı dosye.org-da yayımlanmış məqalədə iddia olunur ki, rektor Akif Süleymanov sabiq nazirin yaxın adamlarından hesab olunur və yaxın zamanlarda onunla bağlı da qəti qərarın veriləcəyi gözlənilir. saytın yazdığına görə, Akif Süleymanovla sabiq rabitə naziri Əli Abbasov sinif yoldaşları olub və rektorun yüksəlişində onun müstəsna xidmətləri olub.
Savash.org xatırladır ki, bir müddət öncə rektor Akif Süleymanovla bağlı qalmaqal yaranmışdı. Belə ki, tələbələrin adına saxta təqaüd kartları açan rektorun məsələnin üstü açılandan sonra qaçması haqda məlumatlar yayılmışdı. Belə ki, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb. Araşdırmalar zamanı isə universitetin rektoru Akif Süleymanovun baş mühasiblə əlbir olaraq "Kapital Bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açması təsdiqlənmişdi. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb və 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib.
Həmin vaxt hər kəs rektorun həbs olunacağını gözləsə də bu baş vermədi, o yalnız töhmət almaqla canını qurtara bildi. Həmin vaxt isə rektora sinif yoldaşı Əli Abbasovun yardım etdiyi bildirilir. Bu dəfə isə rektorun vəziyyəti daha pisdir, Akif Süleymanov indi tamamilə müdafiəsiz qalıb. bir vaxtlar onun çox güvəndiyi Əli Abbasovun isə özünə himayədar lazımdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər