"Kərəm Həsənov Baş Prokurorluqda dindirilməyib"
14-11-2015, 17:07
Oxunub: 3 964
Bəzi informasiya agentlikləri tərəfindən guya Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluğa dəvət olunub dindirilməsi ilə bağlı məlumat yayılıb
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə müraciət etdik. Xidmətin rəhbəri Qulu Xəlilov bildirdi ki, belə qərəzli saytlar tərəfindən yayılan məlumatların heç bir əsası yoxdur və böhtan xarakteri daşıyır: "Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, iftira dolu məlumatlarda qeyd olunduğu kimi, Baş Prokurorluğa çağırılması xəbəri həqiqətə uyğun deyil. Bunlar tamamilə yalan, uydurma və böhtan xarakterli məlumatdır. Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən bilərəkdən və qəsdən bəzi informasiya saytlarına ötürülərək Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır.
Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində açıqlığın, şəffaflığın və ictimai məlumatlandırmanın təmin olunmasına çalışır və bununla bağlı siyasətini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər kütləvi informasiya vasitələrində mətbuat məlumatlarının yayılması yolu ilə həyata keçirir".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər