Bakı Avropa Oyunları ilə bağlı qalmaqala aydınlıq gətirdi
14-11-2015, 21:58
Oxunub: 4 568
Gənclər və İdman Nazirliyi Rusiya mətbuatında Avropa Oyunları ilə bağlı gedən məlumatlarla əlaqədar açıqlama yayıb
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada deyilir:
“Ötən gün Rusiya kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi , lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb. Vitali Mutkonun Rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək.
Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə də bu cür xahişlə müraciət etməyib.
Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alınıb.
Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildiririk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.
İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər