BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudovun "sağ əli" Akif Çovdarova belə qandal vuruldu - FOTOLAR

Eldar Mahmudovun "sağ əli" Akif Çovdarova belə qandal vuruldu - FOTOLAR

16-11-2015, 11:42
Oxunub: 3 189 Eldar Mahmudovun "sağ əli" Akif Çovdarova belə qandal vuruldu - FOTOLARMəhkəmə prosesi qapalı şəkildə keçirilib

Səbail Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb. Məhkəmə prosesi ötən gün olub. Məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.

Məhkəmə prosesi qapalı şəkildə keçirilib.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
Bolgexeber.com