BolgeXeber.Com » Xəbərlər » MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı

MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı

17-11-2015, 12:38
Oxunub: 2 900 MTN-in daha bir şöbə rəisi işdən çıxarıldıMilli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə nazirliyin daha bir şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircan oğlu Əmircanov vəzifəsindən kənarlaşdırılıb

Xəbəri "Qafqazinfo" yayıb.Bəzi KİV-lərin yazdığına görə, R.Əmircanov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, artıq həbs olunmuş general-mayor Akif Çovdarovun kürəkənidir.
Yenə həmin yazılanlara görə, Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra MTN-ə şöbə rəisi gətirilib.
Bolgexeber.com