BolgeXeber.Com » Xəbərlər » Təhməzovla Mahmudovu bağlayan müdhiş səbəblər - Müraciət

Təhməzovla Mahmudovu bağlayan müdhiş səbəblər - Müraciət

17-11-2015, 12:51
Oxunub: 3 041 Təhməzovla Mahmudovu bağlayan müdhiş səbəblər - MüraciətPrezidentin sərəncamına biganə yanaşan "balaca padşahlar" hələ də yox deyil.

TİA.AZ xəbər verir ki, onlardan biri Məcburi Köçkünlərin Sosial İnkişaf sədri Fərhad Təhməzovdur. Onun sabiq MTN şefi ilə müdhiş əlaqələri ifşa edilib. Bu barədə tezadlar.az yazıb.

Prezidenti İlham Əliyevə, baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə müraciətində Kəlbəcər köçkünü Rəhman Zülfüqarov rastlaşdığı korrupsiya faktlarından söhbət açıb.

Şikayətçinin məktubundan bəlli olur ki, Fondun sədri Fərhad Təhməzovu “Sakit” MMC-nin rəhbəri Rəhman Zülfüqarovun düz işləməsi, hər qəpiyinin qədrinin bilməsi, verilən tapşırıqları vicdanla və keyfiyyətlə yerinə yetirməsi təbii ki, qane etmirdi. Məhz bu səbəbdən fondun sədri təyin olunan kimi, R.Zülfüqarov bütün layihələrdən kənarda qalır. Axı F.Təhməzova biri beşə çevirə bilən MMC rəhbərləri lazım idi ki, qaz vurub, qazan doldura bilsinlər. Qaçqınlar yaşayan yataqxanaların misal üçün, bir manatlıq təmiri beş manat olmalı, məişət avadanlıqları isə birə beş qiymətə sənədləşdirilməli idi. Buna görə də R.Zülfüqarov kimi qanuna riayət edənlər, dövlətin pulunu göz bəbəyi kimi qoruyanlar F.Təhməzova lazım deyildi. Dəfələrlə R. Zülfüqarov bu fondda baş verən korrupsiya faktları barədə aidiyyəti təşkilatlara məktublar göndərib. Nəhayət, R. Zülfüqarov qərara gəlib ki, bu fondda baş verən neqativ hallar barədə dövlət başçısına və aidiyyəti güc strukturlarına mətbuat vasitəsi ilə müraciət etsin. Biz də Kəlbəcərdən məcburi köçkün olan və Goranboy rayonu, Veysli kəndi ərazisində salınmış Yeni qəsəbə, ev 37-də məskunlaşmış, 18 ildir YAP-ın fəal üzvi olan Rəhman Lətif oğlu Zülfüqarovun müraciətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırıram ki, mən 18 ildir ki, YAP-ın üzvüyəm. Hələ Siz Neft Şirkətinin vitse-prezidenti işləyəndə mən “İlhamçı” gənclər təşkilatını yaratmışdım. 1999-2001-ci illərdə bu təşkilatla apardığım təbliğat və təşviqat işləri nəticəsində nəinki öz qohum-əqrabamı, həmçinin onlarla gəncin YAP-ın sıralarına daxil olmasını təmin etmişəm. Öz vəsaitim hesabına Goranboyda idman kompleksi tikdirmişdim ki, orada “İlhamçı” gənclər təşkilatı vasitəsi ilə futbol və digər idman yarışları təşkil edək. Bu da gənclərin YAP-a üzv olmasına stimul olurdu. Mən həmişə ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan ruhlanmış və gənclərin dövlət quruculuğunda iştirakı və vətənpərvərlik ruhunda böyüməsində böyük səylə çalışmışam. Ulu öndərin məcburi köçkün və qaçqınlara göstərdiyi diqqət və qayğı həmişə bizlərin ürəyindən olub və bizlərin doğma yurda qayıdacağına böyük inam yaradıb.

Hörmətli cənab Prezident!

Siz ulu öndərin layiqli varisi kimi həmişə biz qaçqın və köçkünləri diqqətdə saxlamısınız. Hətta onların mənzil və iş şəraitinin yaxşılaşdırılması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu adlı qrumun yaranması üçün sərəncam vermisiniz ki, bu da biz məcburi köçkünlərə göstərilən qayğıdır. Elə bundan ruhlanaraq mən də sahibklarlıq fəaliyyəti ilə məşğul olub, öz məcburi köçkün soydaşlarıma fayda vermək məqsədi ilə “Sakit” MMC-ni yaratdım. Bu MMC ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi tenderlərdə iştirak edərək, bir çox tikinti və təmir işlərini yerinə yetirmişəm. Bu MMC-də ən azından 20-30 məcburi köçkün ailəsinə çörək pulu qazanırdı. Lakin 2012-ci ildə fondun sədri Ayaz Orucov dəyişildi və onun yerinə Fərhad Təhməzov təyin edildi.
F.Təhməzovun gəlişi ilə bu sahədə xeyli təcrübəsi olan MMC-lər layihələrdən kənarda qaldı. Maraqlısı bir də odur ki, hər hansı layihəni yerinə yetirmək üçün aşağı qiymətlə iş görə biləcək MMC-lər yox, əksinə, daha çox şişirdilmiş qiymətlərlə iş təklif edən MMC-lər tenderin qalibi olurdular. Bütün bunlar isə təbii ki, F.Təhməzovun sayəsində baş verirdi. Çünki özünə yaxın olan MMC rəhbərləri ilə korrupsiyaya yol verərək, dövlətin pullarını mənimsəyirdilər. Məsələn, köçkünlər üçün Bakıda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə təmir olunan yataqxanaların qiymətləri 4-5 dəfə artıq şişirdilirdi.

«Fərhad Təhməzov elə bild bu fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlib»

Əgər lazımi komissiya təşkil edilərsə, həmin komissiya üzvlərinə mən konkret sənədlər və faktlarla bunarı sübut etməyə həmişə hazıram. Çünki bu işlərdə iştirakım olub, şahidəm.

Hörmətli cənab Prezident!

F.Təhməzovun korrupsiya əməllərinin sayı ölçüyəgəlməzdir. Bu insan, sanki fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlib. Təmir olunmuş yataqxanalarda məcburi köçkünlər üçün alınan televizorlar, soyuducular və digər məişət avadanlıqları öz qiymətlərindən 3-4 dəfə artıq qiymətə sənədləşdirilib. Bunları da istənilən yerdə sübut etməyə hazıram və sənədləri təqdim edə bilərəm… Bu yeyinti hallarını təbii ki, F.Təhməzov tenderdə həmişə qalib elan etdirdiyi özünə yaxın 5-6 MMC vasitəsi ilə həyata keçirir. O, təzə işə başlayanda mən də daxil olmaqla bütün MMC rəhbərlərini yığıb bildirdi ki, kim son il ərzində 30 min manatlıq iş görməsi haqqında sənəd ortaya qoysa, onunla işlərimizi davam etdirəcəyik. Mən isə son ildə 85 min manatlıq işlərin görülməsi barədə sənədləri F.Təhməzova təqdim etdim. Lakin buna baxmayaraq, layihələrdən kənarda qaldım. Tenderdə isə heç bir manatlıq iş görməyən və heç kəs tərəfindən tanınmayan, yalnız adı olub özü olmayan, F.Təhməzovun öz yaxınlarına aid MMC-lər qalib elan olunurdu. Onların da işləri necə gördüyü barədə artıq yuxarıda məlumat verdim. Əlavə olaraq onu da qeyd edim ki, Baş Prokurorluq tərəfindən yaradılacaq komissiya qoy araşdırsın ki, görək F.Təhməzova yaxın olan bu MMC rəhbərləri 3 aydan bir bahalı “CİP” maşınlarını hansı pullarla alaraq, dəyişirlər?

Hörmətli cənab Prezident!

Siz vətəndaşlara həmişə qayğı göstərərək göstəriş vermisiniz ki, hər bir məmur xalqa xidmət etməlidir. Amma çox təəssüf ki, F.Təhməzov kimi məmur xalqa yox, öz cibinə xidmət edir. Yəni qəsdən məcburi köçkünləri prezidentdən və dövlətdən narazı salmağa çalışır. Ancaq bütün məcburi köçkünlər F.Təhməzovun kimə və nəyə qulluq etdiyini yaxşı bilirlər. Ona görə özləri də etiraf edirlər ki, F.Təhməzov kimilər köçkünlərlə prezidentin arasına girə bilməz. Necə deyərlər, ətlə dırnağın arasına girən iylənib çıxar. Ancaq F.Təhməzovun əməlləri təkcə köçkünlərə qarşı olmayıb, o, həm də dövlətə və prezidentə qarşı fəaliyyət göstərib.

Hörmətli cənab Prezident!

Bunları deməkdə mənim əlimdə əsasım var. Bildiyimiz kimi MTN-nin sabiq naziri Eldar Mahmudov dövlətə qarşı çıxdığına görə, sahibkarların başına min bir oyun açdığı üçün Sizin qətiyyətiniz sayəsində işindən kənarlaşdırıldı. Hazırda da məlum olduğu kimi Eldar Mahmudova bağlı olan insanların çoxsaylı cinayət işlərinin üstü açılmaqdadır. Məlumat üçün bildirirəm ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Fərhad Təhməzov da Eldar Mahmudova yaxın olan məmurlardan biri olub. F.Təhməzovun əsas fəaliyyəti Eldar Mahmudovun yanına gələn qonaqların müxtəlif bahalı otellərdə yerləşdirməsi olub. Yaxın ətrafın hamısına məlum idi ki, F.Təhməzov MTN-lə işləyir və Eldar Mahmudova yaxın adamların sırasındadır. Sübut üçün F.Təhməzovun Cəbrayıl rayonundan məcburi köçkün olan tələbə yoldaşını (adını lazımı yerdə açıqlayacağam), Aqrar Tikinti İdarəsində işləyən dostlarını dəvət edib sorğu-sual etsələr, hər şey aydın olacaq. Dostları dəfələrlə bildiriblər ki, F.Təhməzov E.Mahmudovun ən yaxın adamıdır və onunla ehtiyatlı olmaq lazımdır. Hazırda MTN-də Eldar Mahmudova dəstək verib, dövlətin əleyhinə iş görən və sahibkarların başına min bir oyun açan insanların bir-bir ifşa edilməsi prosesi gedir. Amma MTN-dən kənarda E.Mahmudovla iş birliyi quran F.Təhməzov kimi insanların bəziləri hələ ki, diqqətdən kənarda qalıb. İnanırıq ki, gec-tez növbə ona da çatacaq və məcburi köçkünlərin ah-naləsi yerdə qalmayacaq. Çünki onların adına yazılan avadanlıqların qiymətlərini birə beş qiymətə şişirdərək yığdığı pullarla şox böyük sərvət sahibi olub. Özünə məxsus marşrut avtobusları var ki, onu qaynı idarə edir. Çoxsaylı maşınları, bir neçə obyektləri, tikinti üzrə MMC-ləri və s. necə əldə edib?

Hörmətli cənab Prezident!

Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, bir iş yeri ixtisara düşərsə, bu zaman işçinin şəhid ailəsi olması, uşaqlarının orta məktəbdə təhsil alması, məcburi köçkün və qaçqın statusu daşıması əsas verir ki, həmin işçi ixtisara düşməsin, yaxud başqa iş təklif olunsun. F.Təhməzov əmək məcəlləsinin bu bəndini də bir çox qanunlar kimi ayaq altına salaraq tapdayıb. Çünki mən həm məcburi köçkünəm, həm də övladlarım orta məktəb şagirdləridirlər. F.Təhməzovun hikkəsinin qurbanı olduğumdan, neçə illərdir ailə və uşaqlarıma çörək pulu qazana bilmirəm. Bu isə mənə ağır dərd verir və artıq xəstəlik tapmışam.

Hörmətli cənab Prezident!

İnanıram ki, mənim göstərdiyim bu faktlar diqqətinizə səbəb olacaq və araşdırılması üçün Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə aidiyyəti komissiyanın yaradılması üçün müvafiq göstəriş verəcəksiniz. Komissiyanın işinə isə hərtərəfli kömək etməyə və bu müraciətdə F.Təhməzov barədə göstərə bilmədiklərimi də sənədlər və sübutlar əsasında təqdim etməyə hazıram.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm!

Fərhad Təhməzov «Təzadlar»ın sorğusuna cavab vermək əvəzinə…

Qarşı tərəfin mövqeyini öyrənmək, bizə təqdim olunmuş sənədlərə aydınlıq gətirmək üçün Fərhad Təhməzovla bir həftədir əlaqə saxlayırıq… Onun mobil telefonuna 3 gün ərzində mütəmadi olaraq zəng etdik, lakin telefonu açmadı. Eyni zamanda F.Təhməzovun 012 431 82 11 nömrəli iş telefonuna da zəng etdik. Katibə Səbinə xanım hər dəfə bildirdi ki, F.Təhməzov rayondadır, gələndə əlaqə saxlayacaq. Sonradan öyrəndik ki, Təhməzov Bakıdadır… Yazı çapa gedən anda bir daha Səbinə xanıma zəng etdik. O, bizi F.Təhməzovun köməkçisi Azər Salmanovla calaşdırdı. Şikayətin mahiyyətini dinləyən A.Salmanov bildirdi ki, həqiqətən də şikayətdə və mütləq məsələni F.Təhməzova çatdırıb, münasibət öyrənəcək, bizə deyəcək. Çox təəssüf ki, bizə münasibət bildirmək istəməyən F.Təhməzov adını çəkmək istəmədiyimiz bir neçə dövlət qurumlarına müraciət edərək yazının dərcinin dayandırılmasına təsir göstərməyi xahiş edib. Bizimlə əlaqə saxlayan həmin qurumların hörmətli nümayəndələrinə vəziyyəti izahlayanda ki, bunlar cənab Prezidentin son çıxışlarına dəstəkdir, biz vicdanımızın səsi ilə hərəkət edirik, bizimlə razılaşıblar… Buna baxmayaraq, yenə də əks tərəf kimi F.Təhməzovun mövqeyini dərc etməyə hazırıq.
Şikayətçi Rəhman Zülfüqarovun F.Təhməzovun korrupsiya əməlləri barədə konkret sənədlər və sübutlarla dolu ikinci müraciətini növbəti yazıda təqdim edəcəyik. Müvafiq sənədlər isə Baş Prokurorluqda MTN-lə bağlı yaradılmış komissiyaya göndəriləcək“Cənab prezident, Baytarlıq Xidməti talanır” - sensasiya

Dövlət Baytarlıq Nəzarəti Xidmətində son zamanlar baş verən müdhiş qanunsuzluq faktları ictimailəşib.
TİA.AZ xəbər verir ki, bu quruma müvəqqəti rəhbər gətirilən Azər Süleymanov postun başına keçər-keçməz müxtəlif maliyyə xəyanətlərinə yol verib.
Anaxeber.az saytı onun əməllərini ifşa edən məqalə ilə çıxış edib. Yazıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən olaylar təfsilatı ilə yer alıb.
***

Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini, 2015-ci ilin sentyabr ayından isə rəisin vəzifəsini müvəqqəti icra edən gündən Dövlət Baytarlıq Nəzarəti Xidmətinə heyvandarlıq yüklərinin idxal- ixracına icazə üçün üz tutan sahibkarların qara günü başlayıb.

Dövlət Xidmətində sahibkarların soyulması prosesi, “QARA QİYMƏT CƏDVƏLI”nin olması və s. neqativ hallar barədə sosial şəbəkələrdə xalqımıza, o cümlədən bu işə bilavasitə dəxli olan vəzifəli şəxsləri mütamadi məlumatlandırırıq.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində Prezidentlə həmfikir olan, bu hallarla barışmayan, Kənd Təsərrüfatı Nazirliyin rəhbərliyi tərəfindən təyziqlərə məruz qalan, hər an vəzifəsindən uzaqlaşdırlması təhlükəsi olan baytarlıq mütəxəssisləri ölkə başçımızın korrupsiya ilə mübarizəsini dəstəkləyir. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidmətinində korrupsiya, rüşvətalma prosesi günü-gündən geniş vüsat almaqdadır.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 21aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda baytarlıq nəzarətində olan və Baytarlıq Xidməti tərəfindən idxal-ixracına icazə verilməsi vacib olan heyvan mənşəli məhsul, xammal, yem və yem əlavələrinin əsas anlayışı verilmişdir:

-Heyvan mənşəli məhsullar: ət, süd, yumurta bal və s.;

-Heyvan mənşəli məhsul, xammal: gön , dəri, yun, tük, lələk, sümük, buynuz dırnaq, qida üçün yaramayan sair heyvan mənşəli tullantılar, və baytarlıq konfiskatları;

-Yemlər və yem əlavələri.

Nazirlər Kabinetinin təsdiq etdiyi yuxarıda göstərilən siyahıdan göründüyü kimi, dövlət baytarlıq nəzarətinə və idxal-ixracına icazə tələb olunan yalnız çiy, termiki və kimyəvi işləmələrdən keçməyən məhsullar daxildir.
Təəssüflər olsun ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətində sahbkarları aldadaraq Azər Süleymanovun “Rüşvət Kisəsinə” çevirilən Dövlət Baytarlıq Xidmətindən icazə alınmasına zəruriyyət olmayan konservlədirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar-balıq konservi, mal əti konservi, quru süd, dondurma, yoqurt, kərə və digər emal edilmiş yağlar, kolbasa məmulatları, xromlanmış, yəni kimyəvi yolla işlənmiş dərinin hər bir maşınına 100-150 manat rüşvə alınır.
Lakin cənab Azər Süleymanov vəzifə başına keçəndən bu “Qiymətlər” iki dəfə artırıldı. Bir iş adamının təkzibolunmaz sübutlarlarına məlumata görə baytarlıqda işlədilən bir adda olan antibiotikin ölkəyə idxalı üçün ondan 1000 manat rüşvət alınmışdır. Bu sahibkar isə ölkəyə 5 adda antibiotik idxal etmişdir ki, Asər bəy ondan müvafiq olaraq 5000 pul almışdır.

Bundan başqa, 40 min dəyərində gəmiricilərlə mübarizə məqsədilə idxal olunan preparata şəxsən Azər Süleymanov iş adamından 4000 manat rüşvət alır. Digər 100 tonlarla idxal olunan məhsulla, dərman maddələrinə da belə faiz hesabı ilə rüşvətlər alınır.

Cənab Prezident öz çıxışlarında göstərmişdir ki ...”Sahibkarların işinə müdaxilə edən məmurlar xəyanətkardır və mənə hər bir korrubsiyaya qoşulmuş məmur haqqında xəbər verilsin” tapşırığına artıq ictimailəşmiş hədəfi göstəririk - AZƏR İDRİS oğlu SÜLEYMANOV

Hörmətli cənablar, məlumat üçün bildiririk ki, bü gün səlahiyyətlərindən kənar olmasına baxmayaraq rayon, şəhər baytarlıq idarələrinin mütəxəssislərinin ərazilərində fəaliyyət göstərən Şadlıq Evlərinə, həmçinin iaişə obyektlərinə göndərərək, güya ora gətirilən heyvan ətiləri yerində müayinədən keçirilir. Buna görə Şadlıq Evlərindən, həmçinin iaişə obyektlərindən xidmət göstərmək adı altında vəsait yığılması tamamilə qanundankənar prosesdir və sahibkarların işinə bir başa müdaxilə edilməkdir.
Bildiririk ki, baytarlıq orqanlarının səlahiyyəti kəsim məntəqələrində satış və ictimai iaişə obyektlərinə göndərilməzdən əvvəl cəmdəyə baxış keçirərək möhürlə (damğa) sağlam olmasını təsdiq etdikdən sonra bitir.
Bundan sonra Sadlıq Evlərində və iaişə müəssisələrində istifadə edilən qida məhsullarına dövlət nəzarəti səhiyyə orqanlarının səlahiyyətinə daxildir.

Baytarlıq Xidməti orqanlarının əməkdaşları qanunla müəyyən olunmamış yerlərdə heyvandarlıq məhsuıllarının satışı ilə mübarizə etmək funksiyasını daşıdığı halda, küçələrdə, sanitariya tələblərinə cavab verməyən yerlərdə, heç bir spesfik müayinə aparılmadan satılan cəmdəklərə möhür vuraraq qanunsuz pullar toplamağa məcbur edilir.
Respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən ət köşklərindən, mağazalarından hər birindən ayda 30 manat haqq yığılır. Minlərlə sayı olan belə obyektlərdən yığılan həmin vəsait texnikası, avadanlığı çatışmayan baytarlıq idarələrinin, laboratoriyaların maddi-texniki bazalarının möhkəmləndirilməsinə, əlavə baytarlıq işcilərinin işə cəlb edilməsinə, işçilərin həvəsləndirilməsinə sərf edilməsi əvəzinə, budcədən kənar vəsait Bakıdakı hesaba köçürülərək Azər Süleymanovun sərəncamı ilə müxtəlif adlarla oradan çıxarılır. Dövlət Baytarlıq Xidmətinin büdcə vəsaiti hesabına alınmış xüsusi təyinatlı avtomaşınlar illərdi ki, açıq havada qalıb

çürüməkdədir. Baytar həkimləri isə yerlərdə texnika çatışmazlığından əziyyət çəkir (bu barədə KİV daima məqalələr gedir). Bu səbəbdən də Baytarlar təsərrüfatlarda müalicə işlərinə və digər xəstəliklərin qarşısının alınmasına yönəldilmiş profilaktiki tədbirlərin aparılmasına vaxtında çata bilmirlər. Bu da malqaranın baytarlıq yardımı göstərilməməsi nəticəsində tələf olması səbəbindən vətəndaşın ailə büdcəsinə iqtisadi zərbə vurur. Bununla bağlı vətəndaşların şikayət məktublarının ardı-arası kəsilmir.

Azər Süleymanov vəzifəni müvəqqəti icra etməyə başladığı gündən Dövlət Xidmətində sağlam atmosveri qoruyub saxlamaq, heyvan və insanlar üçün ümumi olan xəstəliklərlə mübarizə üzrə tədbirlər müəyyənləşdirmək, baytarlıq idarələrinin, laboratoriyalarının maddi-texniki bazalarını möhkəmləndirmək, Ərzaq Təhlükəsizliyi istiqamətində imzlanmış Dövlət Proqramında icrası nəzərdə tutulmuş baytarlq orqanların üzərinə düşən vəzifələri yerinə yetirilməsinə yönəldilmiş tədbirlər hazırlamağı təşkil etmək əvəzinə, korrubsiya, işçi ilə işəgötürən arasında intiriqalara, qaunsuz özünə yaxın adamlarını işə qəbul etmək, təhsili və diplomunun həqiqiliyi şübhəli olan işçini vəzifədə irəli çəkmək, beləliklə dövlət qulluqçularını narazı salmaqla məşğuldur. Nəzarəti əldən verərək intiriqalarla məşğul olduğuna görə də bu yaxınlarda bir neçə rayonda insanlar yoluxucu xəstəlik olan “Sibir Xorası” ilə xəstələnmiş, heyvanın məhsulu ilə keçən bruselyoz xəstəlyiindən vətəndaşlarımız əziyyət çəkir. Bu xəstəliklər isə nazirliyin rəhbərliyindən gizlədilir.

Bir sıra peşəkar mütəxəssislər Azər Süleymanovun özbaşınalığından qanunsuz hərəkətlərindən aidiyyəti üzrə şikayət məktubu ilə müraciət etsələr də araşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilən şikayət xarakterli müraciətlərə nazirlikdə başdansovdu baxılır və öz maraqlarına uyğun cavablar verilir. A. Süleymanovun qanunsuz hərəkətlərindən müxtəlf səlahiyyətli dövlət qurumlarından kənd təsərrüfatı nazirliyinin rəhbərliyinə şikayətlər daxil olmaqdadır. Lakin nazirlik şikayət məktublarına baxılması üçün məktubları A. Süleymanova göndərir. Aydındır ki, Azər müəllim də özünün maraqlarına uyğun, məktubda adları göstərilən şəxslərdən öz xeyrinə izahatlar aldırır və cavab məktubunda düzgün olmayan məlumatlar verir, güya Dövlət Baytarlıq Xidmətində korrubsiya yoxdur. (İnanan daşa dönsün)!

Yəqin ki, A. Süleymanovun qanunsuz hərəkətlərinin qarşısını alan tapılacaq! Və Dövlət Baytarlıq Nəzarəti Xidmətində çalışan Bəşəriyyətin keşiyində duran fədakar, peşəsini sevən baytarlıq mütəxəssislərinin harayına səs verən olacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətində şəffavlıq, ədalət zəfər çalacaq. Gözləyirik....