BolgeXeber.Com » Xəbərlər » Həkim-mütəxəssis: "Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər"
Həkim-mütəxəssis: "Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər"
17-11-2015, 16:19
Oxunub: 1 277
Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır
Bu yazıda prostat vəzinin adenoması haqqında məlumat verəcəyik. Məqsəd tək bu xəstəliyə mübtəla olanları yox, hər kəsi məlumatlandırmaqdır!
Prostat vəzinin quruluşu
Prostat vəzi –kiçik çanaqda, sidikliyin altında, sidik cinsiyyət diafraqmasının üzərində, qasıq bitişməsinin arxasında, düz bağırsağın önündə yerləşir və boz rəngdə olub sərt konsistensiyalıdır.
Prostat vəzinin çəkisi 20-25 q, köndələn ölçüsü 4 sm, boylama ölçüsü 3 sm, qalınlığı 2 sm qədərdir. Prostat vəzinin əsası sidikliyin yuxarı hissəsinə, zirvəsi isə sidik cinsiyyət diafraqmasına baxır. Prostat vəzinin ön və arxa səthləri vardır. Vəzin ön səthi qasıq bitişməsinə, arxa səthi düz bağırsaq ampuluna söykənir.
Prostat vəzinin adenoması nədir?
Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (boyüməsi). Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.
Prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bu günə qədər hələ də dəqiq müəyyən edilməmişdir. Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:
- irsiyyət faktoru;
- sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri;
- sidik-cinsiyyət üzvlərinin travmaları;
- oturaq iş və yaşayış tərzi;
- spirtli içkilərin qəbul edilməsi;
- tez-tez baş verən qəbizliklər;
- qaydasız cinsi əlaqələr;
- immunitetin zəifləməsi və s.
Laçın Hospitalının aparıcı həkim-mütəxəssisi ,Ruslan Qüdrətov
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- Dünən, 12:56 : Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
Müsahibə-Reportaj
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 13:23 : Prezident yeni nazir təyin etdi-FOTO
Gündəm