“Dünən bir-biri ilə “çaşka-loşka” olanlar bu gün bir-birini çarmıxa çəkir...”
18-11-2015, 10:34
Oxunub: 5 445
"Axı hamı bilir ki, hansı naziri "qurdalasan" eyni biabırçılıqla üzləşəcəksən"
Bu günlərdə vəzifəsindən azad olunmuş nazirlər və onların yaxınları ilə bağlı mətbuatdakı yazılar göstərir ki, cəmiyyəti, ölkədə baş verən təhlükəli hadisələrin əsas səbəbi deyil, bu barədə yazılan “şok” materiallar maraqlandırır
Yazıların çoxunda sevinc, qərəz hiss olunur. İş o yerə çatıb ki, bəzi mətbuat nümayəndələri nazirin hansı bölgəyə mənsub olmasına dair palaz-palaz yazılar dərc edir. Ən dəbdə olan mövzu isə vəzifədən azad olunmuşların var-dövləti və qohum-əqrəbalarıdır. Baş verənlər toy-bayram, ədalətin zəfər çalması kimi təqdim olunur. Sanki başqa nazirlər maaşla dolanır və qohum-əqrəbaları qul bazarında çalışırlar.
Baş verənlər isə bir daha dövlətçiliyin təhlükədə olduğunu göstərir. Axı hamı bilir ki, hansı naziri "qurdalasan" eyni biabırçılıqla üzləşəcəksən. Dünən bir-biri ilə “çaşka-loşka” olanlar bu gün bir-birini çarmıxa çəkir. Dünən nazir qohumuna, dostuna görə ayağı yer görməyən, bu gün ondan imtina edir, qaçmağa siçan deşiyi axtarır, üzünə durmağa hazırdır. Həmin nazirlər deyil, onların “sağ əli”, ”sol qıçı” ilə oturub durmaqla fəxr edənlər bu gün ən ucadan “onları asmaq lazımdır” deyə çığırır, sağlığına qədəh qaldıranlar bu gün onların həbsi barədə təqdimatlar yazır, həbs qətimkan tədbiri seçirlər. Mən isə baş verənlərə çox acıyıram. Baş verənlər tək onların yox, hamımızın faciəsidir.
Aslan İsmayılov, tanınmış hüquqşünas
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər