BolgeXeber.Com » Xəbərlər » Ağcabədidə ara qarışdı: MƏMURLAR İCRA BAŞÇISINI SAYMIRLAR

Ağcabədidə ara qarışdı: MƏMURLAR İCRA BAŞÇISINI SAYMIRLAR

18-11-2015, 15:02
Oxunub: 2 851 Ağcabədidə ara qarışdı: MƏMURLAR İCRA BAŞÇISINI SAYMIRLARMaliyyə İdarəsinə Şahin Məmmədovdan məlumat ötürən Yaqub Alıyevi rəis gətirmək istəyirlər, SMM-in direktoru Əbülfət Qasımov isə rayoni rəhbərinin tapşırıqlarını icra etməkdən boyun qaçırıb

Ağcabədi rayonunda vəziyyət qəribə şəkil almağa başlayıb. JAM.AZ xəbər verir ki, rayonda artıq məmurlarla icra başçısı arasında nəinki fikir ayrılığı, hətta saymamazlıq yaşanır.

İcra başçısı heç kimə söz deyə bilmir

JAM.AZ-a verilən məlumata görə, rayonda durumun kritikləşməsinin səbəbi məlum deyil. Bəzi məlumatlara görə, icra başçısı Şahin Məmmədov artıq rayona nəzarəti itirib. İş o həddə çatıb ki, yerli idarə və müəssisə rəhbərləri belə onun sözünə qulaq asmırlar.
Məlumatlara görə, hazırda Ağcabədidə əksər məmurlar Şahin Məmmədovun artıq işləyə bilmədiyini və yaxın günlərdə vəzifəsindən gedəcəyini dilə gətirirlər. Onlar həmçinin Məmmədovun icra başçısı kimi daha fəaliyyət göstərə bilməməsini isə yorulması və ya yaşlanması ilə deyil, başının pul qazanmağa qarışmasıyla izah edirlər. Elə bu səbəbdən də subardinasiya məsələləri aradan qalxıb.

Maliyə İdarəsində "müxaliflər konseyi"

JAM.AZ-a daxil olan məlumata görə, Şahin Məmmədova boyun əyməyənlərdən biri Maliyyə İdarəsinin rəisidir. Qeyd edilir ki, idarənin rəisi Xosrov Nəsirov artıq icra başçısının tapşırıqlarına məhəl qoymur. Üstəlik, başına da Şahin Məmmədova qarşı çıxmış şəxsləri yığmağa başlayıb.

Məlumatda vurğulanır ki, Xosrov Nəsirov bu yaxınlarda işdən çıxarılıb. Amma işdən çıxarılana qədər o, icra başçısının əleyhinə kampaniya aparan Yaqub Alıyevi vəzifə başına keçirib. Əvvəlcədən də Maliyyə İdarəsində çalışan Alıyevin diplomunun müxtəlif vasitələrlə aldığını iddia edən mənbələr bildirir ki, sözügedən şəxs özünə yer etdikdən sonra başqa bir vasitəyə də əl atıb. Belə ki, o, İqtisad Universitetində təhsil almış qardaşı oğlu Elçin Alıyevi də yanına gətirərək, ona vəzifə verib.

Qeyd edək ki, Korrupsiya haqqında Qanunun 7.1-ci maddəsində birmənalı şəkildə təsbit olunub ki, yaxın qohumlar bir-birinin tabeliyində işləyə bilməzlər. Amma qanun bu maddəsin görməzdən gələn sabiq Maliyyə rəisi Xosrov Nəsirov bunu unudmuş və əmi qardaşoğlun bir idarədə çalışdıraraq vəzifə verib.

JAM.AZ-a verilən məlumatda daha sonra vurğulanır ki, hazırda Ağcabədi rayon Maliyyə İdarəsinin rəisi vəzifəsi vakantdır və Xosrov Nəsirovun yerinə təyinat olmayıb. Yaqub Alıyev isə hər yerdə deyir ki, yeni rəis özü olacaq və bununla bağlı razılığını da alıb.

Mənbə iddia edir ki, rayonda gedən tender maxinasiyaları barədə qəzətlerə məlumat ötürən Yaqub Alıyev olub. Onun rayon icra başçısını açıq şəkildə ələ saldığını isə hamı bilir.

Ünvanlı sosial yardım almaq istəyirsən?

Ağcabədi kasıb rayondur və əhalisinin bir qismi büdcə vəsaitləri hesabına dolanır. Elə bu səbəbdəndir ki, rayonda insanların bir çoxu yoçsulluq həddindən aşağı səviyyədə yaşayır. JAM.AZ-a verilən məlumata görə, ünvanlı sosial yardım almaq istəyənlərin də sayının çoxluğu bununla bağlıdır.

Lakin Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımovun özünün qaydaları var. JAM.AZ-a məlumat göndərən Səbuhi Məmmədov adlı rayon sakini bildirir ki, indiyə qədər bir neçə dəfə ünvanlı sosial yardım alıb. Lakin hər dəfə ondan aldığı pulun 4 aylıq hissəsini tələb ediblər və o da vermək məcburiyyətində qalıb.

JAM.AZ-a məlumat verən rayon sakinlərinin dediyinə görə, Əbülfət Qasımovun qaydalarına əsasən iki illik müddətə verilən ünvanlı sosial yardım almaq istəyənlərin əli cibində olmalıdır. Bu zaman ödənişlər nağd və ya pul alındıqdan sonra edilə bilər. İki il müddətinə ünvanlı sosial yardım almaq istəyənlərdən tələb olunan məbləğ isə 1500-2000 manat civarındadır.

Qeyd edək ki, ƏSMM-in direktoru da Şahin Məmmədova tabe olmayan adamdır. O da müstəqil şəkildə hərəkət edərək, son dövrlər icra başçısının verdiyi tapşırıqları həyata keçirməkdən imtina edir. İddia olunur ki, bir müddət əvvəl Ağcabədinin icra başçısı Qasımova rayonun mərkəzində kiçik bir ərazinin abadlaşdırılması üçün tapşırıq versə də, sözügedən şəxs bundan boyun qaçırıb. Və bunu maddi imkanının olmaması ilə iəzah edib.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.