BolgeXeber.Com » Xəbərlər » Kərəm Həsənov Almaniyada səfərdə olub

Kərəm Həsənov Almaniyada səfərdə olub

18-11-2015, 17:43
Oxunub: 3 052 Kərəm Həsənov Almaniyada səfərdə olubƏmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində işgüzar səfərdə olub

Səfər çərçivəsində Komitə sədri Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsinin rəhbəri cənab Bruno Kahl ilə görüşüb. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında əməkdaşlıq barədə imzalanıb, Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Görüş çərçivəsində həmçinin cari il ərzində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışılıb, dövlət əmlakının daha səmərəli üsullarla və şəffaf şəkildə özəlləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb və ölkələrin müvafiq təcrübələri ilə bağlı tərəfləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılıb.
Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini bildirib.
Qeyd edək ki, 2013-cü ilin fevral ayında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilib.
Baş İdarə Almaniyada sənaye müəssisələri və federal daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumudur.
Bolgexeber.com