“Kütləvi çıxarış” kampaniyası bu dəfə Abşeronda keçirilib
18-11-2015, 17:45
Oxunub: 2 603
Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yeni tikilmiş çoxmərtəbəli binalarda mənzillərə dair kütləvi şəkildə çıxarışların verilməsinə başlayıb
Belə ki, bu dəfə “Kütləvi çıxarış” kampaniyasından Bakı şəhərindən sonra Abşeron rayon sakinləri də faydalana bilib. Xırdalan şəhərində mənzil sahibi olan 350-yə yaxın vətəndaşa kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərini birbaşa vətəndaşların ünvanına çatdırıb. Xırdalanda yerləşən hündürmərtəbəli binada, komitənin xüsusi nəqliyyat vasitələrində 250-yə yaxın vətəndaşa onların mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. 100-ə yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar cavablandırılıb, hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş tələb olunmur.
Çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən edilmiş sənədləri, o cümlədən istismara qəbul aktını ərazi qeydiyyat idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və xidmət haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət reyestrindən çıxarış əldə edə bilərlər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər