BolgeXeber.Com » Xəbərlər » G20-dəki “casus”un kimliyi məlum oldu – Video

G20-dəki “casus”un kimliyi məlum oldu – Video

19-11-2015, 12:47
Oxunub: 2 993 G20-dəki “casus”un kimliyi məlum oldu – VideoTürkiyədə təşkil edilən G20 liderlər zirvəsinin ilk günündə Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Barak Obama arasında baş tutan qısa görüşdə kameralara gülümsəyən “casus”un kimliyi bəlli olub

Axar.az xəbər verir ki, iki liderin yalnız tərcüməçiləri ilə qatıldığı sürpriz görüşdə diqqət çəkən şəxs Ağ Ev heyətində köməkçilərdən biri – Duncan Teaterdır.
O, Obama-Putin xüsusi görüşməsi əsnasında Rusiya televiziyasının çəkiliş etdiyini görüb, kadra girərək liderlərin dodaqlarının oxunmasının qarşısını almaq istəyib. Lakin yanlış yerdə dayandığı üçün bu istəyi alınmayıb.
Xatırladaq ki, G20 liderlər zirvəsində iki liderin yalnız tərcüməçiləri ilə qatıldığı görüşdə Obama və Putindən daha çox diqqət çəkən naməlum şəxsin “casus” olduğu iddia edilmişdi. O, kameralara gülümsəyərək özünü itirib.
Qeyd edək ki, sosial şəbəkələrdə gülüş hədəfi olan bu şəxsin əlindəki çantada quraşdırılan gizli kamera vasitəsi ilə görüşü lentə aldığı da iddia edilmişdi.
Bolgexeber.com