Tərtərdə yeni subartezian quyuları istifadəyə verilib-FOTO
20-11-2015, 11:25
Oxunub: 889
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir
Bolgexeber.com xəbər verir ki, noyabrın 19-da rayonun Köçərli və Hüsənli kəndlərində ümumilikdə 82 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan yeni subartezian quyuları istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər son illər respublikada, o cümlədən Tərtər rayonunda gedən sosial-iqtisadi inkişafdan, cəbhə xəttində yaşayan əhalinin problemlərinin həlli, suvarma və içməli suya olan tələbatın ödənilməsi sahəsində görülən işlərdən danışıblar.
Bildirilib ki, Tərtər rayonunda hazırda 470 artezian və subartezian quyusu fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun Düyərli, Hüsənli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Qaradağlı, Hacıqərvənd, Sarov, Ələsgərli, Köçərli, Bala Kəngərli, Borsunlu, Güləbatlı kəndlərində 14 subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 600 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Kənd sakinləri suvarma suyuna olan tələbatlarının ödənilməsinə, cəbhə xəttində yaşayan əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm