Rusiyalı nazir Azərbaycanı fırıldaqda ittiham etdi
20-11-2015, 12:37
Oxunub: 4 149
Mutko: Bizə iki qol vuran azərbaycanlı yaşca böyük idi
Rusiyanın futbol üzrə gənclərdən ibarət yığma komandasının Azərbaycan yığmasına 0:3 hesablı ağır məğlubiyyəti bu ölkədə hələ də qızğın müzakirə mövzusu olaraq qalır.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti, bu ölkənin idman naziri Vitali Mutko 0:3 hesablı məğlubiyyətin səbəblərindən danışıb.
Rusiyalı nazir hesab edir ki, əsas səbəblərdən biri Azərbaycan futolçularının rusiyalılardan yaşca böyük olmasıdır.
“Mən bu məğlubiyyətə indi ciddi qiymət verə bilmərəm. Biz hər şeyi öz aramızda müzakirə edəcəyik. Lakin fakt budur ki, komandamız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Halbuki onun buna potensialı çatırdı. Burada meydana xeyli sual çıxır. Öz klublarının əsas heyətində oynayan futbolçular yığmaya niyə çağırılmır? Bəli, yeniyetmələrdən ibarət yığma komandada nəyəsə nail olan uşaqlara bel bağlamaq olar.
Amma rəqiblə müqayisədə iki yaş fərqli ciddi amildir. Ona görə də Azərbaycana uduzduq… O azərbaycanlı oğlan (Azərbaycan yığmasının oyunçusu Kərəm Bəhnkəni nəzərdə tutur-red.) qapımıza iki qol vurdu. Amma o, bizimkilərdən yaşda açıq-aşkar böyükdür. O, cərimə meydançasında hamını çiyni ilə itələyib yıxırdı” - deyə V.Mutko Azərbaycan yığmasını faktiki olaraq saxtakarlıqda ittiham edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər