Neftçalada üç kəndin sakinləri 2 milyon manatı axtarır-FOTOLAR
23-11-2015, 11:29
Oxunub: 1 766
Rayon Suvarma İdərəsində büdcə talanı, su boruları hər an sıradan çıxa bilər, podratçı şirkəti isə nə görən var, nə də bilən
Azərbaycanda ayrı-ayrı idarə və müəssisə, habelə dövlət təsisatlarının büdcəni talan etməsi ilk hal deyil. İndiyə qədər bununla bağlı onlarla araşdırma aparılıb, yüzlərlə məlumatlar yayılıb. Lakin zaman keçdikcə belə halların daha çox olduğu üzə çıxmaqdadır.
JAM.AZ xəbər verir ki, belə vəziyyətlərdən biri Neftçala Suvarma İdarəsində baş verib. Belə ki, 2011-ci ildə sözügedən quruma 2 milyon manat ayrılıb. Bunun müqabilində isə görülməsi nəzərdə tutulan işdən xəbər yoxdur.
Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına Aşağı Qaramanlı, Astanlı, Qədimkənd və I Qaralı kəndlərinin sakinlərini, habelə əkin sahələrini su ilə təhciz edilməsi nəzərdə tutulubmuş. Bildirək ki, bu pulla qeyd olunan problemin aradan qaldırılması üçün 2 km uzunluğunda «Fontan» hələ də istifadəyə verilməyib.
Kəmərin çəkiləcəyi yerdə elektrik naqilləri yerə səpələnmiş vəziyyətdədir. Bu ərazidə hələ də elektrik yoxdur və belə olan vəziyyətdə fantonun işləməsi də qeyri-mümkündür. Nəzərinizə çatdıraq ki, burada Kür çayından 4 ədəd boru vasitəsi ilə su götürülərək, yüksək təzyiqlə daha böyük boru vasitəsi ilə köhnə kanala axıdılmalıdır.
Araşdırmalar zamanı məlum olub ki, boruların çəkilişi yalnız Kür çayı ilə bənd arasında aparılıb. Halbuki çay daşacağı təqdirdə bu boruların üzərində dayaq tapdığı sütunlar tamamilə suyun altında qalacaq. Elə sütunlar da keyfiyyətli deyil. Fotolardan da aydın görünür ki, bəzi sütunlar artıq dağılmağa başlayıb.
Bildirək ki, bu borulara yüksək təzyiqlə su vurularsa, həmin sütunların davam gətirəcəyi də inandırıcı deyil. Və işin bir başqa tərəfi də odur ki, bu zaman yeni borulardan deyil, köhnələrindən istifadə olunub. İstifadə edilmiş boruların bir qismi artıq deşilib, qaynaq olan hissələr isə biri digərindən ayrılıb. İşin icraçıları gözdən pərdə asmaq üçün köhnə borulara rəng vurublar ki, bəlkə təzə kimi göründü. Amma havanın təsirindən vurulmuş rəng də sıradan çıxıb və borular açıqda qalıblar.
Qeyd edək ki, sözügedən tikinti işlərini Melorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində olan şirkətlərdən biri aparıb. Lakin həmin şirkətin nə adı məlumdur, nə də işləri nə zaman yekunlaşdıracağı. Bu barədə Neftçala Suvarma Sistemləri İdarəsi də heç nə bilmir və ya bildiyini dilə gətirmək istəmir.
Adları çəkilən kəndlərin əhalisi məhz əkinçiliklə dolanışıqlarını qururlar. Üstəlik, illərdir Kür çayının məcrasından çıxmasından əziyyət çəkirlər. Həmin problemin aradan qaldırılması üçün dövlət tərəfindən ayrılmış 2 milyon manatın isə təyinatı üzrə xərclənmədiyi aydın şəkildə görünür.
Yazıdakı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com






Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm